Region
TÜRKSOY: "İraq türkmənləri türk dünyasının ayrılmaz bir hissəsidir"
İraq türkmənləri böyük türk dünyasının ayrılmaz bir hissəsidir. Türkmən Şəhidləri Günündə Təlafərdən Mendeliyə qədər uzanan bir coğrafiyada müxtəlif zamanlarda və yerlərdə həyatını itirən şəhidlərimizi rəhmətlə yad edirəm”.
Publika.az xəbər verir ki, “Report”un Türkiyə bürosunun məlumatına görə, bu fikirləri Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Rayev bu gün Ankarada keçirilən 16 Yanvar - Türkmən Şəhidlərini Anma tədbirində səsləndirib.
Türk dünyasının tarixində şanlı səhifələr olduğu kimi, faciəli günlərin də olduğunu vurğulayan Baş katib deyib ki, bu gün türk dünyasının bütövləşməsi üçün canlarını fəda edənlər hər zaman ehtirama layiqdir: “Tarixin hər dönəmində ulularımız Vətəni, dövləti, millətin azadlığı üçün mübarizədə özlərini qurban verdilər. Bu gün türk dünyası olaraq bir bütövüksə, bunu onlara borcluyuq”.
Qeyd edək ki, 1980-ci il yanvarın 16-da Səddam Hüseyn rejimi yerli türkmənlərin o dönəm yeganə təşkilatı olan Türkmən Qardaşlıq Ocağının rəhbəri polkovnik Abdulla Abdurrahmanı və milli mübarizə dostları Dos. Dr. Necdet Koçak, Dr. Rıza Demirci, iş adamı Adil Şerifi türkmən milli hərəkatına öndərlik etdikləri üçün ölkənin paytaxtı Bağdadda edam edib.
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR












.jpg)



.jpg)
























