Türkiyəni yenə dəhşətli zəlzələ gözləyir? - Amerikalı alimlərin ŞOK PROQNOZU - VİDEO
Bizi izləyin

Region

Türkiyəni yenə dəhşətli zəlzələ gözləyir? - Amerikalı alimlərin ŞOK PROQNOZU - VİDEO

09:08

Amerikalı zəlzələ mütəxəssisləri Kahramanmaraşda baş verən və 10 vilayəti əhatə edən zəlzələlərin səthə çox yaxın olması və qırılma növünə görə olduqca şiddətli olduğunu bildiriblər.

Publika.az " NBS News"-a istinadla ABŞ alimlərinin Türkiyədə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərlə bağlı fikirlərini təqdim edir.

"Zəlzələ qadın" ləqəbli ABŞ-ın ən tanınmış seysmoloqlarından biri, Kaliforniyadan olan Lusi Cons Şərqi Anadolu qırılma xəttinin Kaliforniyadakı San Andreas qırılma xəttinə çox bənzəyən "artım istiqamətli" şaquli qırılma xətti olduğunu bildirib:

"Bu da zəlzələnin insanlara, sarsıntının Yer səthinə çox yaxın olması deməkdir. Yəni bu, bir çox digər zəlzələ növlərinə nisbətən insanların silkələnmə mənbəyinə daha yaxın yerdə yerləşməsi anlamına gəlir. Beləliklə, tam qırılma boyunca həqiqətən yüksək silkələnmə səviyyəsini görə bilərsiniz", - o qeyd edib.

Türkiyədəki ilk zəlzələdən sonra ikinci böyük zəlzələnin də qeyri-adi olmadığını düşündüyünü bildirən Cons, oxşar vəziyyətlərdə afterşokların əsas təkandan daha böyük olmasının da eyni paylanmanın bir parçası olduğunu və böyük qırılmaların bu şəkildə hərəkət etdiyini söyləyib.

Türkiyədə baş verən zəlzələnin dərinliyi ilə bağlı Cons bunları qeyd edib:

"Təxminən 17 kilometr dərinlikdə başladı, ancaq səthə doğru qırıldı. Odur ki, zəlzələnin həqiqətən 17 kilometr dərinlikdə olduğunu düşünməyin, ora ilə yer səthi arasındakı bölgədə idi. Bu kiçik zəlzələ hesab olunur. 7,8 bal gücündə zəlzələlər, adətən dünyada ildə bir və ya iki dəfə baş verir, lakin onlar dərin təbəqələrdə və ya insanlara çox təsir göstərməyən uzaq ərazilərdə olur".

İnsanların böyük qırılma xətlərinə yaxınlığının zəlzələlərdə dağıntılara səbəb olduğuna işarə edən Cons bildirib ki, Türkiyə Kaliforniya kimi Beynəlxalq Tikinti Qanununa əməl edir və mükəmməl mühəndislərə malikdir:

"Burada, ABŞ-da mən onlarla çalışmışam. Onlar beynəlxalq zəlzələ mühəndisliyi cəmiyyətinin ayrılmaz hissəsidir. Deməli, Türkiyənin ABŞ-dan fərqli qanunları və ya fərqli mühəndisləri olduğunu söyləmək olmaz. Ancaq gözəl dizayna sahib olmanız əla binaya sahib olduğunuz demək deyil. Binaların istədiyiniz kimi olmasının və yan olmamasının da müxtəlif səbəbləri var".

Köhnə binaların əvvəlki tikinti qaydalarına uyğun tikildiyini vurğulayan Cons, bu məsələdə ikinci problemin yeni bina qanunlarının yerli hakimiyyət orqanları tərəfindən nəzarətdə saxlanılması və həyata keçirilməsinin vacib olduğunu vurğulayıb:

O əlavə edib ki, Kahramanmaraşdakı zəlzələlərin zamanla azalacaq afterşok zəlzələlər istisna olmaqla, digər qırılma xətlərində şiddətli zəlzələlərə səbəb olma riski çox aşağıdır.

Corciya Universitetinin Skidaway Okeanoqrafiya İnstitutunun direktoru professor Klark Aleksandr da Kaliforniyada zəlzələlərə və Türkiyədə Şərqi Anadolu qırılma xəttinə bələd olduğunu bildirib. Onun sözlərinə görə, bu tektonik qüvvələr milyonlarla ildir aktivdir.

"Ona görə də bu mövcud qırılma sistemlərinin ehtimal ki, eyni zaman dilimlərində zəlzələlər meydana gətirir. Əgər siz bu zəlzələni dünyanın digər yerlərində baş verən digər zəlzələlərlə müqayisə etsəniz, bu, nəhəngdir, lakin şiddətinə görə əlbəttə ki, bənzərsiz deyil", - alim qeyd edib.

Statistik nəzəriyyə göstərir ki, afterşoklar, adətən ilkin zəlzələdən təxminən 1.2 bal aşağı olur. Mütəxəssislərin dediyinə görə, bu, təkanların gücünü həm özlüyündə, həm də ilkin zəlzələ və ya əsas təkanla bağlı nəzərə çarpan hala salıb.

ABŞ-ın məşhur geofiziki Dara Qoldberq Türkiyədəki zəlzələ haqda deyir: “Ən ümumi dillə desək, əsas təkan, adətən, 1 bal gücündə daha aşağı olan bir afterşokdan ibarətdir”.

O əlavə edib ki, bir çox kiçik təkanların olması Türkiyədə hələ də mümkündür: “Təəssüf ki, reallıq ondan ibarətdir ki, mütləq artacaq təkanlar olacaq və ümid edirik ki, onlar xilasetmə səylərinə əhəmiyyətli dərəcədə mane olmayacaq. Hər kəs təkanların nə vaxt baş verəcəyini etibarlı şəkildə bilmək istəsə də, zəlzələlər təsadüfi baş verir. Biz heç vaxt nəyin nə zaman olacağını bilmirik, bu, ümumiyyətlə seysmologiyanın problemidir”.

Memfis Universitetinin Zəlzələ Araşdırmaları və İnformasiya Mərkəzinin geoloqu Qari Patterson bildirib ki, hər bir zəlzələ ardıcıllığı fərqlidir: “Zəlzələlərin zamanla əsas sarsıntıya nisbətən gücünün azaldığını görəcəksiniz və bu, günlər, saatlar, aylar, hətta illərlə davam edə bilər. Türkiyə yüksək seysmik aktivliyə meyllidir, çünki Yerin üç tektonik plitəsinin qovuşduğu üçlü qovşağın yaxınlığında yerləşir”.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm