Region
Meral Akşener "6-lı masa"nı DAĞITDI: "Qumar masasında olmayacağıq"
Türkiyənin Səadət Partiyasının ev sahibliyi ilə dünən keçirilən 6 partiyalı koalisiyanın 12-ci toplantısından sonra İYİ Partiya sədri Meral Akşener bu gün Ümumi İdarə Heyətinin (GİK) üzvləri ilə görüşüb.
Publika.az xəbər verir ki, bu barədə "Sabah" məlumat yayıb.
Partiyanın əlavə binasında baş tutan görüşdən sonra Akşener kameralar qarşısına keçərək aldığı qərarı açıqlayıb.
"İYİ Partiya sıxışdırıldı, buna boyun əyməyəcəyik. Qumar masasında, notarius masasında olmayacağıq", - deyə açıqlama verən Meral Akşener "6-lı masa"nı rəsmən dağıdıb.
Akşener deyib ki, İYİ Partiya Əkrəm İmamoğlu və Mansur Yavaşı namizəd olaraq irəli sürüb:
"Amma təkliflərimiz rədd edildi. Şəxsi ambisiyaları Türkiyədən üstün tutdular. "6-lı masa"dakı 5 partiya CHP-nin sədri Kamal Kılıçdaroğlunu dəstəklədi. İYİ Partiya isə Əkrəm İmamoğlu və ya Mansur Yavaşın namizədliyini dəstəkləyir. Ankara və İstanbul bələdiyyəsinin sədrlərinə çağırış edirik ki, bizim namizədləri dəstəkləyin".
Qeyd edək ki, İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu namizəd olmayacağını açıqlayıb.
Hüseyn İbadlı
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu



































.jpg)


