Region
CHP-də qarşıdurma başladı: Kılıçdaroğlunun istefasına hazırlıq gedir
Seçkidə həm partiyası, həm də özü istənilən nəticəni qazanmayan Millət ittifaqının prezidentliyə namizədi, CHP sədri Kamal Kılıçdaroğlunu çətin günlər gözləyir.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Millət ittifaqına daxil olan DEVA, Demokrat, Gələcək kimi kiçik partiyaların parlament seçkilərində CHP-nin səsləri hesabına qazanc əldə etməsi Kılıçdaroğlunun hədəf taxtasına çıxmasına səbəb olub.
“Haber7” saytı yazır ki, CHP-nin parlamentdə əldə etdiyi 169 millət vəkilindən 40-ı isteva verərək partiyalarına qayıdacaq. Beləliklə, CHP-nin parlamentdə millət vəkili yeri 129-a düşəcək. 2018-ci ildə CHP 22,6 faiz səs almışdı və ittifaq qurduğu partiyaların səsləri hesabına 146 millət vəkili yeri qazanmışdı. Həmin seçkilərdə CHP-lilərin bir qismi barajı keçmələri üçün HDP-yə səs vermişdi. 14 may seçkilərində HDP-yə verilən “borc səslər”in də qayıtmasına baxmayaraq, CHP-yə cəmi 15,3 faiz səs qaldı. Bu CHP-nin ittifaq qurduğu kiçik partiyalardan heç bir xeyir əldə etmədiyini də ortaya çıxardı. Əvəzində CHP 40 millət vəkili yerini kiçik ortaqlarına verdi. Bu vəziyyət CHP daxilində siyasi böhran yaradıb.
CHP kulislərində müzakirələr kəskinləşir. Məlumatlara görə, Kılıçdaroğlu prezident seçkilərinin II turunda da məğlub olarsa, partiya sədrliyi uğrunda qarşıdurma daha da kəskinləşəcək. Kılıçdaroğlunun sədrlikdən getməkdən başqa yolu qalmır.
Seçkini uduzan Kamal Kılıçdaroğlu isə partiya sədrliyindən getmək istəmir. Məlumatlara görə, II tur seçkiləri hələ qarşıda olsa da, artıq CHP daxilində Kılıçdaroğlu və ona qarşı olanlar arasında qarşıdurma başlayıb.
Asif
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





























.jpg)






.jpg)


