Region
Türkiyədə seçki bitdi, Yunanıstanın ritorikası dəyişdi
Rəcəb Tayyib Ərdoğanın Türkiyədəki prezident seçkilərində qələbəsindən sonra Afina Yunanıstan və Türkiyə arasında çoxsaylı kommunikasiya kanallarını tədricən və davamlı şəkildə bərpa etmək strategiyasını davam etdirir.
Publika.az xəbər verir ki, bu barədə "Kathimerini" yazır.
Yunanıstanın müvəqqəti baş naziri İoannis Sarmas məktubunda Ərdoğanı təbrik edərək, türk xalqına sülh və firavanlıq arzulayıb.
Yeni Demokratiya Partiyasının lideri Kiriakos Mitsotakis Mega TV-yə bildirib ki, iyunun 25-də yenidən seçkilərdə qalib gəlsə, iyulun 11 və 12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO sammiti çərçivəsində Ərdoğanla görüşməyə çalışacaq.
Vaxt baxımından milli müdafiə nazirlikləri səviyyəsində etimadın möhkəmləndirilməsi tədbirlərinin müzakirəsi prosesinin iyunun 25-dən sonra bərpa olunacağı, ardınca isə xarici işlər nazirlikləri səviyyəsində kəşfiyyat xarakterli təmasların və siyasi dialoqun baş tutacağı gözlənilir. Həmçinin “pozitiv gündəm” adlanan mövzunun, xüsusən də enerjinin müzakirəsi gözlənilir.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
































