Region
İstanbul valisindən çökən bina ilə bağlı ilk AÇIQLAMA: 7 nəfər yaralı halda xilas edilib
Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərinin Küçükçekmece Kartaltepe səmtində üçmərtəbəli yaşayış binası çöküb.
Publika.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbul valisi Davud Gül hadisə yerinə baxış keçirib, daha sonra jurnalistlərə açıqlama verib.
Onun sözlərinə görə, dağıntılar altında qalan 7 nəfər yaralı halda xilas edilib. Onlardan 2-sinin vəziyyəti ağırdır.
"Dağıntılar altında daha 2 nəfərin olduğu bildirilir. Xilasetmə işləri davam etdirilir. Ölüm faktı yoxdur", - deyə vali qeyd edib.
Qeyd edilib ki, naməlum səbəbdən çökən bina 1988-ci ildə tikilib. Çökən bina park halındakı avtomobillərin üzərinə düşüb. Yoldan keçən avtobusa da ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Ləman
-
Qoroskop01:40Günün ulduz falı: Maddi qərarlarda tələsmək məsləhət deyil
-
Nida Xəbər 15 Dekabr 22:54"Ramiz Mehdiyevin ardınca iki yüksək vəzifəli şəxs də həbs olunacaq" - Zirəddindən PROQNOZ
-
Region15 Dekabr 22:40Türkiyənin hava məkanını pozan PUA VURULDU
-
Nida Xəbər 15 Dekabr 22:28Bəylər Eyyubovun general qardaşı oğlu İŞDƏN ÇIXARILDI
-
Elm və təhsil15 Dekabr 21:47Nazir açıqladı: Bəzi məktəblər distant təhsilə keçə bilər
-
Sosial15 Dekabr 20:42“Şərurlu İsfəndiyar”ın geyimi gündəm oldu, qiyməti şok etdi - Azərbaycanda yoxdur
-
Magazin115 Dekabr 19:55Emin Ağalarov ad günündən görüntülər paylaşdı - VİDEO
-
Sağlamlıq15 Dekabr 18:55Çindən Azərbaycana gətirilən bu məhsulda AĞIR METALLAR aşkarlandı - FOTO












.jpg)













.webp)
.jpg)










