Sarkisyanın kürəkəninə qarşı yeni cinayət işi açıldı: Görün nələr edib
Bizi izləyin

Region

Sarkisyanın kürəkəninə qarşı yeni cinayət işi açıldı: Görün nələr edib

Sarkisyanın kürəkəninə qarşı yeni cinayət işi açıldı: Görün nələr edib

Ermənistanın Vatikandakı keçmiş səfiri, eks-prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyana qarşı yeni cinayət işi başlanıb.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın İctimai Televiziyası (OTA) Baş Prokurorluğa istinadən məlumat yayıb.

Baş Prokurorluğun İqtisadi Fəaliyyətə Qarşı Cinayətlər üzrə İdarəsinin rəisi Samvel Akopyan deyib: “Mikael Minasyan xüsusilə böyük miqyasda dələduzluq, rəqabətə zidd fəaliyyətlər, rüşvətxorluq, vəzifə səlahiyyətlərindən sui-istifadə, çirkli pulların yuyulması üçün kriminal birlik yaradıb və ona rəhbərlik edib”.

Onun sözlərinə görə, bütün bu hərəkətlər nəticəsində dövlətə 350 milyon dollara yaxın ziyan dəyib.

İstintaq Minasyanı vəzifə mövqeyindən istifadə edərək Ermənistanda və xaricdə şirkətlərdə pay əldə etməkdə, bir sıra media və televiziya şirkətlərinə nəzarət yaratmaqda, qeyri-qanuni mənşəli maliyyə aktivlərini dövriyyədə saxlamaqda, vergidən yayınmanın təşkilində, sahibkarlıq fəaliyyətində qanunsuz iştirakda, vəzifəli şəxslərə rüşvət verməkdə ittiham edilir.

Adları çəkilən epizodlar arasında Ermənistan Dövlət Radiosunun əmlakının mənimsənilməsi, Zəngəzur Mis-Molibden Kombinatının vəsaitlərinin mənimsənilməsi, “Spayka” şirkətinin səhmlərinin qeyri-qanuni alınması, digər sahibkarlar tərəfindən biznesə mane olması və s var.

Minasyan 2008-2012-ci illərdə prezident administrasiyası rəhbərinin birinci müavini olub. 2013-2018-ci illərdə isə Ermənistanın Vatikanda səfiri vəzifəsində çalışıb. Hazırda o, bir sıra digər ittihamlarla axtarışdadır.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm