Region
İran sentrifuqları işə salandan sonra 3 Avropa ölkəsini Cenevrəyə TOPLAYIR
Tehran nüvə proqramı ilə bağlı üç Avropa dövləti ilə danışıqlar aparacaq.
Publika.az "Reuters"ə istinadla xəbər verir ki, tədbir cümə günü, noyabrın 29-da Cenevrədə baş tutacaq.
Tədbirdə İran, Almaniya, Fransa və Böyük Britaniyanın xarici işlər nazirlərinin müavinləri iştirak edəcək.
Görüş MAQATE-nin Tehranı agentliklə qeyri-kafi əməkdaşlığa görə tənqid edən başqa bir qətnamə qəbul etməsindən sonra planlaşdırılıb - buna cavab olaraq İran hakimiyyəti uranın zənginləşdirilməsi üçün qabaqcıl sentrifuqları işə salıb.
“Tehran həmişə nüvə probleminin diplomatik yolla həll edilməli olduğuna inanıb. İran heç vaxt danışıqları tərk etməyib”, - yüksək rütbəli İran rəsmisi məlumatı şərh edib.
"Kyodo" mənbələrinin məlumatına görə, İran prezidenti Məsud Pezeşkian hökuməti yanvarda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi ərəfəsində nüvə böhranından çıxış yolu axtarır.
Hüseyn İbadlı
-
Rəsmi xronika16:41İlham Əliyev Maya Sandu ilə görüşdü - FOTO
-
Nida Xəbər 15:53Teymur Musayevə yeni vəzifə verildi
-
Rəsmi xronika15:13İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşdü
-
MDB14:08Korrupsiya qalmaqalı böyüyür: Pəncərədən 8 çamadan dolları küçəyə atan kimdir? - VİDEO
-
Sosial13:58Dublində "Avropa Siyasi Birliyi"nin sammiti BAŞLAYIR
-
İqtisadi gündəm12:18Bakıda 8 bina sökülür, sakinlərə nə qədər kompensasiya ödəniləcək? - VİDEO
-
Nida Xəbər 11:27General qızından şikayətçi olanın kimliyi bilindi
-
Dünya10:24Putinin nümayəndəsi Trampın elçilərini milli komandanın formasında qarşıladı - FOTO








































