İran təzyiq altında ABŞ-la danışıqlara getməyəcək - Əraqçi
Bizi izləyin

Region

İran təzyiq altında ABŞ-la danışıqlara getməyəcək - Əraqçi

İran tərəfi təzyiq və təhdid altında ABŞ-la birbaşa danışıqlara getmək niyyətində deyil.

Publika.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

Bundan əvvəl Əraqçi ABŞ prezidenti Donald Trampın ona iki həftə əvvəl göndərdiyi məktubun cavabını tezliklə göndərəcəyini açıqlayıb.

"Bizim siyasətimiz aydındır. Biz mütləq təzyiq, təhdid və artan sanksiyalar altında birbaşa danışıqlar aparmayacağıq. Danışıqlar bərabər şərtlərlə aparılmalıdır və bizim siyasətimiz ondan ibarətdir ki, ABŞ-ın təzyiqi ilə birbaşa danışıqlara getməyəcəyik", - nazir qeyd edib.

Bir gün əvvəl “Axios” mənbələrə istinadən xəbər vermişdi ki, Tramp İranın ali dini lideri Əli Xameneyiyə göndərdiyi məktubda yeni nüvə sazişinin bağlanması üçün iki ay müddət təyin edib.

Tramp martın 7-də bildirib ki, o, İranın ali rəhbərinə məktub göndərib və Tehranla nüvə proqramı ilə bağlı razılığa gəlməyə üstünlük verir. ABŞ prezidenti qeyd edib ki, Vaşinqton İranın nüvə problemini həll etmək üçün iki mümkün yolu nəzərdən keçirir - hərbi və diplomatik, lakin danışıqlara üstünlük verir.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm