Region
Hər şey hazır idi: Ermənistanın planlaşdırdığı bu “dəhliz” açılmadı
Çindən Ermənistana yeni beynəlxalq multimodal marşrutun işə salınma tarixləri İran-İsrail eskalasiyası səbəbindən dəyişib.
Publika.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Ermənistanın Ticarət və Sənaye Palatasının vitse-prezidenti Karen İvanov bildirib.
Daha əvvəl bildirilmişdi ki, iyunda Çindən Qazaxıstan, Türkmənistan və İran vasitəsilə Ermənistana yeni nəqliyyat marşrutu açılmalı idi.
"Tərəflər arasında saziş imzalanıb. Biz iyunun 20-dən sonra Çinin Sian şəhərindən İrəvana ilk konteyner qatarını buraxmağı planlaşdırırdıq. Lakin İran-İsrail gərginliyi fonunda yük İran ərazisindən keçə bilməyəcəyi üçün daşıma ləğv edilib", - İvanov bildirib.
Onun sözlərinə görə, göstərilən marşrut multimodaldır və yüklərin konteyner gəmilərində və yük maşınlarında daşınmasını əhatə edir.
Marşrutun təşəbbüskarı Ermənistan tərəfi, operatoru Qazaxıstandır. Çindən gələn konteyner qatarı Qazaxıstan və Türkmənistandan keçməklə İranın “Culfa” terminalına çatacaq. Oradan konteynerlər boşaldıqdan sonra yük maşınlar ilə İrəvana çatdırılacaq.
Bu marşrut üzrə 25 gün ərzində Çindən Ermənistana mallar çatdırılacaq. Bu marşrut dəniz nəqliyyatından bahadır (onlar ən ucuz hesab olunur – red.), lakin sırf avtomobil daşımalarından ucuzdur.
Hazırda Çindən mallar Ermənistana iki marşrutla - BƏƏ (Dubay) və İran (Bəndər Abbas limanı) və ya Ümid burnundan keçməklə Aralıq dənizi vasitəsilə daxil olur.
Tural
-
Nida Xəbər 18:10Rusiyadan təyyarəmizi vurduran şəxslə bağlı ŞOK QƏRAR
-
Yaxın Şərq16:59İsrail ordusu hərəkətə keçdi: Hədəf oradır
-
Rəsmi xronika15:51İlham Əliyev sərəncam imzaladı
-
Maraq dünyası15:10Həyatında kəskin dönüş olacaq BÜRCLƏR
-
İdman14:10Bu gözəl həm modellik edir, həm də tennis oynayır: Karyerasını özü maliyyələşdirir - FOTOLAR
-
Dünya13:00ABŞ və Ukrayna hər şeyi razılaşdırdı: Putindən cavab gözləyirlər
-
Nida Xəbər 12:57Mübariz Mənsimov barəsində istintaq başladılıb?
-
İdman12:16Qurban Qurbanovdan eyhamlı açıqlama: Hər futbolçunun bir ağası olar







































