Türkiyədən ACI XƏBƏR: ölənlər və yaralananlar var
Bizi izləyin

Region

Türkiyədən ACI XƏBƏR: ölənlər və yaralananlar var

Türkiyənin Sakarya vilayətinin Erenler rayonunda atışma baş verib.

Publika.az xəbər verir ki, bu barədə "Star" məlumat yayıb.

Bildirilib ki, Ekinli məhəlləsində yolda əvvəllər də aralarında mübahisə olan iki ailədən olan 6 nəfər arasında silahlı toqquşma baş verib. Hadisə nəticəsində 2 nəfər ölüb, biri ağır olmaqla 2 nəfər yaralanıb.

Belə ki, yaralılar arasında Mustafa.K və Numan.K xəstəxanada edilən müdaxilələrə baxmayaraq həyatını itirib. Digər yaralı Murat.K-nın vəziyyətinin ağır olduğu, Emre.K-nın isə həyatı üçün təhlükənin olmadığı bildirilib.

Məhəllədə geniş təhlükəsizlik tədbirləri gücləndirən jandarma qrupları, hadisə yerindən qaçan iki şübhəlinin tutulması üçün əməliyyat başladıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm