Region
Türkiyədə ard-arda GÜCLÜ ZƏLZƏLƏLƏR - ölən və yaralananlar var / YENİLƏNDİ
Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda baş verən zəlzələ zamanı uçan binanın dağıntıları altında axtarış-xilasetmə işləri başa çatıb. Dağıntılar altından çıxarılan dörd nəfərdən birinin həyatını xilas etmək mümkün olmayıb.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Zəlzələdən sonrakı vəziyyətlə bağlı açıqlama verən Ali Yerlikaya bölgədə 16 tikilinin dağıldığını, onlardan sadəcə dördündə yaşayışın olduğunu və hazırda xəsarət alan 29 nəfərin müalicəsinin xəstəxanalarda davam etdiyini deyib.
Nazir səhərin ilk saatlarından etibarən bölgədə dəyən ziyanın müəyyənləşdirilməsi ilə bağlı araşdırmaların başladılacağını bildirib.
Qeyd edək ki, AFAD-dan verilən son məlumatlara əsasən, zəlzələdən sonra bölgədə beş baladək ümumilikdə 20 afterşok qeydə alınıb. Axtarış-xilasetmə işlərinə 319 nəfərdən ibarət canlı qüvvə, 79 texnika cəlb olunub. Ərazidə Fövqəladə Halların İdarəetmə Mərkəzləri yaradılıb. İndiyədək Təcili Çağırış Mərkəzinə 24 zərər barədə müraciət daxil olub. Ərazi üzrə yoxlama işləri davam etdirilir.
xxx
23:24 - 10.08.25
Türkiyənin qərbində baş verən zəlzələ nəticəsində yalnız bir bina uçub, azı 24 binaya ziyan dəyib.
Publika.az xəbər verir ki, bu barədə "Habertürk" TV respublikanın Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.
"Sındırğı şəhərində bir bina uçub. Xilasetmə əməliyyatları nəticəsində 4 nəfər dağıntılar altından sağ-salamat çıxarılıb", - press-relizdə deyilir.
Qeyd edilib ki, dağıntılar altında bir nəfər qalıb.
xxx
22:48
Zəlzələ nəticəsində Türkiyənin Balıkesir vilayətinin Sındırğı rayonunda çox sayda bina çöküb.
Publika.az "Milliyet"ə istinadla xəbər verir ki, bu barədə Sındırğı bələdiyyə sədri Serkan Sak məlumat verib.
O bildirib ki, yeraltı təkanlar nəticəsində şəhərdə 1 bina dağılıb, 10 bina isə çöküb.
"Dağıntılar altından 4 nəfər xilas edilib. Hadisə yerində təcili yardım xidmətləri işləyir",- o əlavə edib.
xxx
21:48
Türkiyədə baş verən güclü zəlzələ nəticəsində dağıntılar baş verib.
Publika.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, Sındırğı rayonunda bir bina çöküb.
Qeyd edilib ki, rayonda baş verən 6,1 bal gücündə zəlzələdən sonra 4,6, 4,1 və 4 bal gücündə daha üç zəlzələ baş verib.
xxx
21:00
Balıkəsirin Sındırğı rayonunda 6,1 bal gücündə zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, təkanlar saat 19:53-də qeydə alınıb. Zəlzələ ocağı yerin 11 km dərinliyində yerləşib.
Zəlzələ, Mərmərə və Egey bölgəsində bir çox vilayətdə hiss olunub.
Tələfat və dağıntılarla bağlı məlumat verilməyib.
Hüseyn İbadlı
-
Dünya01:407,2 bal gücündə zəlzələ oldu: yaralı sayı artdı - YENİLƏNDİ
-
Qoroskop01:20Günün ulduz falı: Özünüzə güvəniniz artacaq
-
Magazin18 Dekabr 23:35"Həbsdə olanda bu anı xəyal etmişdim" - Rəqsanə ağladı
-
İdman8 Dekabr 22:16İran şokda: DÇ-2026-da millinin oyunu LGBT-yə həsr olunacaq
-
Sosial8 Dekabr 22:04Yeni ildə neçə gün iş olmayacaq?
-
Avropa8 Dekabr 21:13Bu ölkə COVID dövrünə qayıda bilər - Əhaliyə maska xəbərdarlığı
-
Sosial8 Dekabr 20:30Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: Ətrafdakı tikililər üçün TƏHLÜKƏ - FOTO
-
İdman8 Dekabr 20:05Vernidub Bakıya gəldi, “Neftçi” ilə anlaşdı - Müqavilənin detalları












.jpg)






.jpg)







.jpg)

.jpg)







