Region
Cənubi Qafqazda Türkiyə imzası: "Dəstəyiniz bizim üçün çox önəmlidir"
Türkiyəyə səfər edən Gürcüstan Prezidenti Mixeil Kavelaşvili, Rəcəb Tayyib Ərdoğan ilə Prezidentlik Külliyəsində keçirilən görüşdən sonra təşkil olunan birgə mətbuat konfransında çıxış edib.
Publika.az "Star"a istinadla xəbər verir ki, Kavelaşvili, Türkiyə-Gürcüstan arasındakı strateji tərəfdaşlıq və dostluğun əhəmiyyətinə toxunaraq, iki ölkə arasındakı əməkdaşlıq mövzularının müzakirə edildiyini bildirib.
O, Prezident Ərdoğanı Gürcüstana dəvət etdiyini qeyd edərək, “Bu əməkdaşlığımızı və ən yüksək səviyyədəki əməkdaşlıq şurasını yaxın zamanda həyata keçirməyi ümid etdiyimizi bildirdik. Türkiyənin dəstəyi, xüsusilə də ərazi bütövlüyü və suverenliyi baxımından Gürcüstan üçün son dərəcə önəmlidir” deyib.
Ölkəsinin Avropa İttifaqına (Aİ) üzvlük prosesi üçün də Türkiyənin dəstəyinin böyük əhəmiyyət daşıdığını vurğulayan Kavelaşvili, bu prosesdə Ərdoğanın töhfələrinə görə təşəkkür edib.

O, ölkəsinin Azərbaycan və Ermənistan arasında savama edən sülh danışıqlarına verdiyi töhfələri davam edəcəyini vurğulayıb:
“Regionun sabitliyi baxımından bu əməkdaşlıq son dərəcə vacibdir. Bu, uğur, əməkdaşlıq, sabitliyin təmin edilməsi və ölkələrimizin inkişafı üçün Azərbaycan-Türkiyə-Gürcüstan arasında mövcud olan üçtərəfli mexanizm çox yaxşı bir nümunədir. Bu ölkələr bir-birinin ərazi bütövlüyünə və suverenliyinə necə hörmət göstərə biləcəyinin mühüm bir göstəricisidir. Regional təhlükəsizlik üçün də son dərəcə vacibdir.”
Kavelaşvili, Ərdoğanla görüşündə təhlükəsizlik sahəsindəki çətinliklərin də müzakirə edildiyini vurğulayaraq, “Qara dənizdə təhlükəsizlik mövzusunda Türkiyənin səyləri və xüsusilə Prezidentin göstərdiyi rol, münaqişə tərəfləri arasında sülhün təmin olunması baxımından çox əhəmiyyətlidir” deyib.
Gürcüstan lideri Tbilisinin xüsusilə Orta Şərqdəki sabitliyə də töhfə verməyə hazır olduğunu bildirib və görüşdə regional təhlükəsizlik və enerji mövzularındakı əməkdaşlığı müzakirə etdiklərini qeyd edib.
Türkiyənin Gürcüstanın bir nömrəli ticarət tərəfdaşı olduğunu deyən Kavelaşvili, Ərdoğanıa ticarət əlaqələrini inkişaf etdirmək üçün atıla biləcək addımların da müzakirə edildiyini söyləyib.
O, mövcud və potensial ticarət imkanlarında xüsusilə ixracın necə artırıla biləcəyi mövzusunu, eləcə də hər iki tərəf üçün sərbəst ticarət sazişlərinin təmin edə biləcəyi üstünlükləri müzakirə etdiklərini bildirib.
Bakı-Tbilisi-Ceyhan Neft Kəməri və Bakı-Tbilisi-Qars Dəmir Yolu layihələrini də müzakirə etdiklərini deyən Kavelaşvili, “Bütün bu layihələr ölkələrimiz üçün çox önəmlidir və siyasi əməkdaşlığımıza yeni ölçü qazandırır” deyib.
Kavelaşvili, fərqli sahələrdə əməkdaşlıq imkanlarının da nəzərdən keçirildiyini vurğulayaraq, bugünkü görüşün Türkiyə və Gürcüstan arasındakı güclü iradənin göstəricisi olduğunu qeyd edib.
Hüseyn İbadlı
-
Dünya01:407,2 bal gücündə zəlzələ oldu: yaralı sayı artdı - YENİLƏNDİ
-
Qoroskop01:20Günün ulduz falı: Özünüzə güvəniniz artacaq
-
Magazin18 Dekabr 23:35"Həbsdə olanda bu anı xəyal etmişdim" - Rəqsanə ağladı
-
İdman8 Dekabr 22:16İran şokda: DÇ-2026-da millinin oyunu LGBT-yə həsr olunacaq
-
Sosial8 Dekabr 22:04Yeni ildə neçə gün iş olmayacaq?
-
Avropa8 Dekabr 21:13Bu ölkə COVID dövrünə qayıda bilər - Əhaliyə maska xəbərdarlığı
-
Sosial8 Dekabr 20:30Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: Ətrafdakı tikililər üçün TƏHLÜKƏ - FOTO
-
İdman8 Dekabr 20:05Vernidub Bakıya gəldi, “Neftçi” ilə anlaşdı - Müqavilənin detalları














.jpg)





.jpg)







.jpg)

.jpg)







