Region
"Hizbullah"ın silahsızlaşdırılması Tehranı NARAHAT ETDİ - Laricani hərəkətə keçir
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani çərşənbə günü "Hizbullah" silahlı qruplaşması ilə bağlı münaqişənin həllinə həsr olunmuş danışıqlar aparmaq üçün Beyruta səfər edəcək.
Publika.az xəbər verir ki, bu barədə "Əl Nahar" qəzeti məlumat yayıb.
Bildirilib ki, Laricani Livan prezidenti Cozef Aun, parlamentin sədri Nəbih Berri və baş nazir Navaf Salam ilə görüşəcək. Görüşlər zamanı o, Livanın birliyinin və suverenliyinin gücləndirilməsinə yönəlmiş mühüm strateji mesajı çatdıracaq.
İran elçisinin səfəri Tehran və Livan hakimiyyəti arasında gərginliyin kəskinləşdiyi bir vaxta təsadüf edir. "Hizbullah" rəhbərliyi hökumətin ABŞ və İsrailin təzyiqi ilə irəli sürdüyü 5 avqust silahsızlaşdırma planını rədd etdikdən sonra gərginlik artıb. Bu, hərəkat tərəfdarlarının kütləvi küçə etirazlarına səbəb olub və paytaxtda sabitliyi təhdid edib.
"Hizbullah" parlament fraksiyasının rəhbəri Məhəmməd Raad bildirib ki, İsrailin Cənubi Livanı işğal etdiyi şəraitdə silahdan imtina etmək müqavimət qüvvələri üçün intihara bərabərdir. Eyni zamanda, sağçı xristian partiyası “Livan Qüvvələri”nin lideri Samir Caaca hökumətin qərarını dəstəkləyərək, bunu dövlət hakimiyyətinin bərpası və İran təsirindən azad olma yolunda “tarixi addım” adlandırıb.
Livan qüvvələrinin mövqeyindən təsirlənən Livanın xarici işlər naziri Youssef Raci Laricani ilə görüşməkdən imtina edərək, səfəri “vaxtsız” adlandırıb.
Hüseyn İbadlı
-
Dünya01:407,2 bal gücündə zəlzələ oldu: yaralı sayı artdı - YENİLƏNDİ
-
Qoroskop01:20Günün ulduz falı: Özünüzə güvəniniz artacaq
-
Magazin18 Dekabr 23:35"Həbsdə olanda bu anı xəyal etmişdim" - Rəqsanə ağladı
-
İdman8 Dekabr 22:16İran şokda: DÇ-2026-da millinin oyunu LGBT-yə həsr olunacaq
-
Sosial8 Dekabr 22:04Yeni ildə neçə gün iş olmayacaq?
-
Avropa8 Dekabr 21:13Bu ölkə COVID dövrünə qayıda bilər - Əhaliyə maska xəbərdarlığı
-
Sosial8 Dekabr 20:30Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: Ətrafdakı tikililər üçün TƏHLÜKƏ - FOTO
-
İdman8 Dekabr 20:05Vernidub Bakıya gəldi, “Neftçi” ilə anlaşdı - Müqavilənin detalları














.jpg)





.jpg)







.jpg)

.jpg)







