Region
Türkiyə bu ölkəyə silah və hərbi texnika göndərəcək
Türkiyə bu yaxınlarda imzalanmış müdafiə sahəsində əməkdaşlıq sazişi çərçivəsində Suriyaya silah, hərbi texnika və logistik dəstək verəcək.
Publika.az xəbər verir ki, bu barədə "Associated Press" Türkiyə Müdafiə Nazirliyindəki mənbələrə istinadla məlumat yayıb.
Bu, Türkiyənin müdafiə naziri Yaşar Gülər və Suriyanın müdafiə naziri Murhaf Əbu Qəsr arasında hərbi təlim və məsləhət sahəsində əməkdaşlığa, Türkiyənin Suriyanın müvəqqəti hökumətinə dəstəyinin gücləndirilməsinə dair anlaşma memorandumu imzalanmasından bir gün sonra bildirilib.
Suriya keçən ay Türkiyədən İsrailin müdaxiləsinə səbəb olan məzhəb zorakılığından sonra müdafiəsini gücləndirmək üçün dəstək istəyib. Müqaviləyə əsasən, Türkiyə “bilik və təcrübəsini” bölüşəcək və ölkənin imkanlarını gücləndirmək üçün hərbi texnika, silah sistemləri və logistika materialları tədarük edəcək.
Həmçinin çərşənbə günü Türkiyənin xarici işlər naziri Hakan Fidan israili və kürd yaraqlılarını "Suriyanın sabitliyini təhdid edən hərəkətləri dayandırmağa" çağırıb və onları ölkənin on ildən çox davam edən vətəndaş müharibəsindən xilas olmaq səylərinə zərbə vurmaqda günahlandırıb.
Hüseyn İbadlı
-
Dünya01:407,2 bal gücündə zəlzələ oldu: yaralı sayı artdı - YENİLƏNDİ
-
Qoroskop01:20Günün ulduz falı: Özünüzə güvəniniz artacaq
-
Magazin18 Dekabr 23:35"Həbsdə olanda bu anı xəyal etmişdim" - Rəqsanə ağladı
-
İdman8 Dekabr 22:16İran şokda: DÇ-2026-da millinin oyunu LGBT-yə həsr olunacaq
-
Sosial8 Dekabr 22:04Yeni ildə neçə gün iş olmayacaq?
-
Avropa8 Dekabr 21:13Bu ölkə COVID dövrünə qayıda bilər - Əhaliyə maska xəbərdarlığı
-
Sosial8 Dekabr 20:30Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: Ətrafdakı tikililər üçün TƏHLÜKƏ - FOTO
-
İdman8 Dekabr 20:05Vernidub Bakıya gəldi, “Neftçi” ilə anlaşdı - Müqavilənin detalları












.jpg)






.jpg)







.jpg)

.jpg)







