Region
Zatulin etiraf etdi: Görün Rusiya Azərbaycandan nə istəyir
Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin birinci sədr müavini, Kremlin əsas ruporlarından olan Konstantin Zatulin Moskvanın Bakıya qarşı düşmən siyasətinin əsl səbəblərini etiraf edib.
Publika.az xəbər verir ki, Zatulin “Lenta.ru” saytına müsahibəsində Azərbaycanla münasibətlərin normallaşmasına “pis sülh müharibədən yaxşıdır” prinsipi ilə yanaşıb. Lakin əlavə edib ki, “bu o demək deyil ki, Moskva əməkdaşlığın dərinləşdirilməsini düşünməlidir”.
Zatulin açıq şəkildə etiraf edib ki, Rusiyanı qıcıqlandıran Azərbaycanın müstəqil xarici siyasətidir.
“Azərbaycan öz istiqaməti ilə gedir. Bu, Qarabağın alınmasından (işğaldan azad edilməsi-red) və 2023-cü ildən sonra daha açıq şəkildə ortaya çıxdı. Azərbaycan Ermənistana daha az milli hökumətin rəhbərlik etməsindən istifadə edib və Türkiyənin dəstəyi ilə planlarını həyata keçirib. O vaxt Rusiya ilə əməkdaşlığa ehtiyac var idi. Lakin Bakının planları reallaşan kimi Rusiya ilə əlaqələrin zərurəti aradan qalxdı. Xüsusilə Ermənistana təzyiqlər, Zəngəzur dəhlizi, amerikalıların, israillilərin və digərlərinin regiona cəlb edilməsi Rusiyanın maraqlarına uyğun gəlmir. Üstəlik, Türkiyə və Azərbaycanın strateji müttəfiqliyi təkcə ikitərəfli deyil, həm də gələcəkdə böyük Turanın qurulmasına, Mərkəzi Asiya və Rusiyanın bəzi türk bölgələrinə nüfuz etməyə hesablanıb”, - o iddia edib.
Zatulinin bu iddialarının Kremlə məxsus olduğu sirr deyil. Görünür, Rusiya tərəfi bu cür qondarma iddialarla Azərbaycan haqqında mənfi rəy yaratmağa çalışır. Lakin Zatulinin dedikləri həm də Rusiyanın qorxularını da ortaya çıxarır, o cümlədən, Moskvanın Bakıdan əslində nələr istədiyini – Zəngəzur dəhlizinin rusların istəyinə uyğun açılması, Türkiyə ilə strateji müttəfiqliyin aradan qalxması, müstəqil siyasətin aparılmaması və s. – anlamağa imkan verir.
Asif
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi













.jpg)





















.jpg)
.jpg)
