Region
Köçəryan 2025-i Ermənistan üçün “ən ağır il” adlandırdı: Təhqir olunduq
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan 2025-ci ili Ermənistan dövlətçiliyi üçün çətin bir il adlandırıb.
Publika.az xəbər verir ki, o, 2025-i davam edən geosiyasi təhqir və milli dəyərlərin tapdalanması fonunda yaşanmış bir il kimi təsvir edib.
Köçəryan əmindir ki, birgə səylər sayəsində "məğlubiyyətlərin, səhvlərin və rüsvayçılıqların çarxını dayandırmaq" mümkün olacaq.
Onun Yeni il təbrikində deyilir: "Növbəti Yeni ili əsl sülh, milli birlik və həmrəylik atmosferində qeyd edə bilmək üçün hər birimizdən tələb olunan hər şeyi etməliyik, ən yaxşı milli keyfiyyətlərimizi nümayiş etdirməliyik. İnanıram ki, birgə və davamlı iş sayəsində belimizi düzəldə, milli kimliyimizi bərpa edə və ölkəmizi yenidən ayağa qaldıra, dünyada layiqli yerini geri ala biləcəyik".
Qeyd etmək lazımdır ki, Ermənistanda parlament seçkiləri 2026-cı ilin iyun ayında keçiriləcək. Ekspertlər artıq bu seçkiləri ölkənin gələcək inkişafı üçün həlledici adlandırıblar.
Tural
-
Pul14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu
-
Rəsmi xronika13:03Bu şəxslər 7 min manatadək cərimələnəcək
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu
-
Ekologiya12:37Sabah 41 dərəcə isti olacaq - PROQNOZ
-
Hadisə11:52Bakı çimərliklərində təhlükə iddiası: Azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır - FOTO
-
İdman11:10Bunun adı soyğunçuluqdur – ABŞ İspaniyanın mükafatından 19 milyon vergi tutacaq?
























.jpg)














