Region
İrəvanda gərginlik artır, Eçmiədzin bəyanat yaydı, Paşinyanı ittiham etdi: Nəticə ağır olacaq
Ermənistan Baş nazirinin və onu dəstəkləyən on yepiskopun hərəkətləri kilsədə parçalanmaya səbəb ola bilər.
Publika.az xəbər verir ki, bu barədə Eçmiədzinin mətbuat ofisinin açıqlamasında deyilir.
Bəyanatda vurğulanır ki, baş nazir kilsə məsələlərini həll etmək bəhanəsi ilə Erməni Apostol Kilsəsinin daxili işlərinə müdaxilə edir, bununla da onun hüquqlarını tapdalayır və Konstitusiyanı pozur. Eçmiədzin həmçinin yepiskopların bu proseslərdə iştirakının və ruhanilərə təzyiqin qəbuledilməz və pislənilməli olduğunu bildirib.
Qeyd olunur ki, kilsə həyatı məsələlərinin müzakirəsi yalnız mövcud kilsə institutları çərçivəsində və kanonik normalara uyğun olaraq mümkündür. Vurğulanır ki, bu cür qərarlar heç bir strukturlara həvalə edilə bilməz.
Ayrı-ayrılıqda qeyd olunur ki, on yepiskop hələ də Eçmiədzin Ana Taxtının çağırışlarına və dəvətlərinə cavab verməyib və bütün ermənilərin katolikosu və Ali Ruhani Şura ilə görüşlərdən və müzakirələrdən yayınmağa davam edirlər.
Mətbuat ofisi xəbərdarlıq edib ki, bu cür düşünülməmiş hərəkətlər parçalanmaya (kilsə parçalanmasına - red.) səbəb ola bilər və bunun ağır nəticələri var.
Dekabrın 8-də Ermənistanın Baş naziri Nikol Paşinyan "Ermənistan Apostol Kilsəsinin yenilənməsi" planını təqdim edərək bunu "yol xəritəsi" adlandırıb.
Bir gün əvvəl, yanvarın 4-də Paşinyan on yepiskopla birlikdə "Ermənistan Apostol Kilsəsinin təkmilləşdirilməsi üçün yol xəritəsi" adlı sənəd imzalayıb.
Hökumət başçısının sözlərinə görə, təklif olunan planın həyata keçirilməsinə hakimiyyətin davamlı olaraq istefasını tələb etdiyi Bütün Ermənilərin Katolikosu II Qareginin getməsindən sonra başlanmalıdır. Eyni zamanda, hökumət "yeni kilsə nizamnaməsi"nin hazırlanmasında iştirak etməyə hazır olduğunu bəyan edib.
Nikol Paşinyan daha əvvəl sosial mediada yayımladığı videomüraciətdə 6 yanvar - Ermənistan kilsə təqviminə görə Milad günündə Tiqran Mets prospektindəki Müqəddəs Qriqori Maarifçi Kilsəsindən Sayat-Nova prospektindəki Müqəddəs Tanrı Anası Kilsəsinə (Surb Astvatsatsin) qədər yürüşə rəhbərlik edəcəyini açıqlamışdı. Yürüş saat 13:30-da baş nazirin iştirak etməyi planlaşdırdığı Milad liturgiyasından sonra başlayacaq.
Paşinyanın sözlərinə görə, yürüş Ermənistan Apostol Kilsəsinin "yenilənməsi"ni müdafiə edən ruhanilərlə razılaşdırılıb, dinc xarakter daşıyacaq və qısa görüşlə başa çatacaq. O, tədbirin məqsədlərini Məsihin Doğumunu qeyd etmək, kilsə islahatlarını dəstəkləmək və Kilsədən "ölkənin müstəqilliyinə qarşı hibrid müharibədə" istifadə etmək cəhdlərinə qarşı çıxmaq kimi qeyd edib.
Tural
-
ABŞ04:44Venesuela ABŞ-a 50 milyon barrelə qədər neft TƏHVİL VERƏCƏK
-
Magazin103:13Tolikin verilişinin adından müğənnilərə qarşı DƏLƏDUZLUQ
-
ABŞ01:41ABŞ “Gecə Ovçuları”ndan sonra xüsusi helikopterləri də GÖNDƏRDİ
-
Dünya00:30Maduronun xanımına görə qadınlar AYAĞA QALXDILAR
-
Qoroskop00:00Günün ULDUZ FALI - Böyük uğurlar qazanacaqsınız
-
Sosial6 Yanvar 23:00Dəm qazından boğulub ölən Şükranın FOTOSU
-
MDB6 Yanvar 22:12Qardaş ölkədən ÜZÜCÜ XƏBƏR - 15-ə yaxın xəsarət alan var
-
Sosial6 Yanvar 21:36Dubaydakı dəbdəbəli toyun sahibi bu deputatın qardaşı imiş - VİDEO

































.jpg)
