Region
Ermənistan Azərbaycanın sayəsində 100 milyonlarla dollara qənaət edəcək
Ermənistanda heç kim heç kimə heç nəyi zorla qəbul etdirə bilməz.
Publika.az xəbər verir ki, bunu hakim "Mülki Müqavilə" Partiyasından olan parlament üzvü Xaçatur Sukiasyan ailəsinin şirkətinin Azərbaycan benzinini necə idxal etməsi və yanacaqdoldurma məntəqələrini "həmin benzini satmağa məcbur etməsi" ilə bağlı suala cavab verərkən deyib.
"Son 30 ildə Ermənistan həmişə müxtəlif ölkələrdən neft məhsulları idxal edib. Onilliklər ərzində Ermənistana nəqliyyat yolları bağlanıb və nəqliyyat xərclərinə külli miqdarda vəsait xərclənib. Təxmini hesablamalara görə, əgər Ermənistan yanacaq istehlakının 80%-ni qonşularından almağa başlasaydı, ildə 80-100 milyon dollar qənaət edərdi. Və bu məbləğ digər sektorların inkişafı üçün istifadə edilə bilər", - deyə Sukiasyan vurğulayıb.
Deputat sonda silahlara xərclənən yüz milyonlardan danışıb və bunu cəhalət adlandırıb.
"Silahlar fərqli şəkildə istehsal olunur və iqtisadiyyat fərqli məntiqlə işləyir. İqtisadi inkişaf zəka tələb edir”, - deyə Sukiasyan söhbətinə nöqtə qoyub.
Adəm
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu
-
Rəsmi xronika13:03Bu şəxslər 7 min manatadək cərimələnəcək
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu
-
Ekologiya12:37Sabah 41 dərəcə isti olacaq - PROQNOZ
-
Hadisə11:52Bakı çimərliklərində təhlükə iddiası: Azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır - FOTO
-
İdman11:10Bunun adı soyğunçuluqdur – ABŞ İspaniyanın mükafatından 19 milyon vergi tutacaq?
-
Dünya10:20Estoniya-Rusiya sərhədində böyük növbə: Kamran Əbilov səbəbini açıqladı

























.jpg)











