Region
İrandan ABŞ-a şok təklif - Məhdud müddətə...
İran ABŞ-a uranın zənginləşdirilməsinin məhdud müddətə dondurulmasını təklif edib.
Publika.az xəbər verir ki, bu barədə "Al Jazeera" yüksəksəviyyəli iranlı mənbəyə istinadla məlumat yayıb.
"Bizim təklifimiz uranın zənginləşdirilməsinin suveren hüquq olduğunu təsdiqləyir və zənginləşdirmənin məhdud müddətə dondurulmasını nəzərdə tutur", - deyə mənbə bildirib.
Fevralın 26-da Cenevrədə Omanın vasitəçiliyi ilə İranın nüvə proqramı üzrə İran və ABŞ arasında dolayı danışıqların üçüncü raundu başlayıb.
Fevralın 22-də İranın xarici işlər naziri Abbas Araqçı bəyan edib ki, Tehran və Vaşinqtonun nüvə məsələsi üzrə razılaşması proqramın dinc xarakter daşıdığını təsdiqləyən sadələşdirilmiş saziş formasına salınmalıdır. Bununla yanaşı, sanksiyalar da ləğv edilməlidir. Nazirin sözlərinə görə, Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bağlanmasından 10 il keçib və bu müddət ərzində İslam Respublikasının nüvə proqramı xeyli irəliləyib.
Hüseyn İbadlı
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar







.jpg)
































