Region
İran ABŞ və İsraildən təzminat tələb etdi
ABŞ və İsrail son hücumlar zamanı İranın atom obyektlərinə dəymiş ziyanı ödəməlidir.
Publika.az xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi BMT-nin Baş katibi Antoniu Quterreşə ünvanladığı məktubda bildirib.
"İranın Nətənzdəki dinc nüvə obyektlərinə və Buşəhr elektrik stansiyası yaxınlığına edilən hücumlar BMT Nizamnaməsinin, Beynəlxalq Atom Enerjisi Agentliyinin Nizamnaməsinin və beynəlxalq hüquq normalarının pozulmasıdır", - deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, nüvə obyektlərinə endirilən zərbələr radioaktiv materialların genişmiqyaslı sızmasına, insanlar və ətraf mühit üçün son dərəcə təhlükəli nəticələrə səbəb ola bilər.
Əraqçi qeyd edib ki, İranın atom obyektlərinin Amerika-İsrail tərəfindən bombalanması "təcavüz aktıdır". İslam Respublikasının XİN rəhbəri hücumların dərhal dayandırılmasına, "İsrail və ABŞ-ın dəymiş ziyana görə tam təzminat ödəməsinə" çağırıb.
Hüseyn İbadlı
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi



































.jpg)
