Region
Fransanın səfiri İran XİN-ə çağırıldı
Fransanın Tehrandakı səfiri Pyer Koşar ölkə hakimiyyətinin etiraz edən şagirdlərə və məktəb işçilərinə qarşı sərt addımları ilə əlaqədar İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb, Tehran bu addımları insan hüquqlarının pozulması kimi qiymətləndirir.
Publika.az IRNA-ya istinadən xəbər verir ki, İran XİN-in İnsan hüquqları idarəsinin rəhbəri vəzifəsini icra edən Həmid Əhmədi görüş zamanı Fransanın insan hüquqları sahəsindəki beynəlxalq öhdəliklərini xatırladıb və əsas azadlıq hüquqlarına, xüsusən də vətəndaşların dinc toplanış hüququna riayət etməyə çağırıb.
Əhmədi Fransa təhlükəsizlik qüvvələrinin dinc etirazçılara qarşı atdığı və ciddi yaralanmalara səbəb olan addımlarından narahatlığını ifadə edib. O, həmçinin 5 mindən çox insanın saxlanıldığını bildirib.
Əhmədinin sözlərinə görə, dinc toplantı iştirakçılarına qarşı bu səviyyədə güc tətbiqinə haqq qazandırıla bilməz.
-
Sosial19:00Pensiyalarda ikinci artımı bu şəxslər alacaqlar
-
Nida Xəbər 18:40İşçilər bu halda narkoloji müayinədən keçiriləcəklər
-
Nida Xəbər 15:56Əhaliyə şad xəbər: Qaz və işıq limitlərinə yenidən baxıla bilər
-
Dünya15:38Estoniya Rusiya işğalına hazırlaşır: “Rəqəmsal səfirlik” planı
-
Nida Xəbər 14:48Neçə Milli Qəhrəmanımız sağdır? - SİYAHI
-
MDB14:12Gürcüstan Rusiya ilə barışır: Yaxın günlərdə görüş olacaq
-
Rəsmi xronika13:35Prezident bu sahəyə 1 milyon manat ayırdı
-
Region13:20Ermənistan silahlı qüvvələri “fəhlə-kəndli ordusu”na çevrilir: Manukyan nəyə eyham vurur?











.jpg)







.jpg)



















