Rəsmi xronika
Mehriban Əliyevaya Nizami Gəncəvi Beynəlxalq Mükafatı təqdim olundu - FOTOLAR - (YENİLƏNDİ)
Azərbaycanın I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Nizami Gəncəvi Beynəlxalq Mükafatı təqdim edilib.
M.Əliyeva təhsil və mədəniyyətə verdiyi töhfələrə görə bu mükafatla təltif edilib.
Təqdimat bu gün “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunda baş tutub.
Mehriban Əliyeva qeyd edib: “ İlk növbədə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə qızıl medalla mükafatlandırıldığıma görə dərin minnətdarlığımı bildirmək istərdim. Mənim üçün yüksək universal dəyərləri və humanizm, qarşılıqlı anlaşma və sülh ideyalarını təşviq edən bu Mərkəzdən mükafat almaq böyük şərəfdir”.
Azərbaycanın Birinci vitse-prezidenti bildirib ki, multikulturalizm və müxtəliflilik ənənəsi ölkənin ən böyük dəyərlərindən biridir: "Əsrlər boyu Azərbaycan müxtəlif xalqların, dinlərin bir arada yaşadığı ölkə olub. Bu gün biz müstəqillik illərində əldə etdiyimiz nailiyyətlərdən danışdıq. Mən Azərbaycan prezidentinə təşəkkür edirəm. O, həyatını öz xalqının inkişafına həsr edib. Mən bu mükafatı həm də Heydər Əliyev Fondunun fəaliyyətinə verilən qiymət kimi qəbul edirəm. Heydər Əliyev Fondu 14 ildir elm, təhsil və sosial sahələrdə layihələr həyata keçirib".
M. Əliyeva Nizami Beynəlxalq Mərkəzinin həmsədrlərinə uğurlu fəaliyyətlə əlaqədar təşəkkür edib.
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region11 Noyabr 10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb



















.jpg)


.jpg)















