İdman
“Dünya çempionatından iki gün əvvəl ürəyimə elektrik şoku verildi” - Şok açıqlama
İtaliya təmsilçisi “Napoli”nin yarımmüdafiəçisi Skott Maktominey 2026-cı il dünya çempionatı ərəfəsində ciddi sağlamlıq problemi yaşadığını açıqlayıb.
Publika.az xəbər verir ki, 29 yaşlı futbolçu Şotlandiya millisinin Haiti ilə ilk oyunundan cəmi iki gün əvvəl ürəyinə elektrik şoku verildiyini bildirib.
Maktomineyin sözlərinə görə, ürəyində yaranan yüngül ritm pozuntusu ilk dəfə iyunun əvvəlində ABŞ-a səfər zamanı üzə çıxıb. Futbolçu buna baxmayaraq, dünya çempionatında Şotlandiya millisinin hər üç qarşılaşmasında meydana çıxıb. Lakin komanda qrup mərhələsini keçə bilməyib.
Yarımmüdafiəçi Mançesterdə keçirilən mətbuat konfransında həmin günləri belə xatırlayıb:
“Haiti ilə oyundan iki gün əvvəl ürəyimə elektrik şoku verilməli oldu. Dünya çempionatının ilk matçına iki gün qalmış xəstəxana çarpayısında uzanıb narkoz almağa hazırlaşmaq heç də ideal vəziyyət deyildi”.
O, turnirə yaxşı hazırlaşdığını, fiziki cəhətdən özünü yaxşı hiss etdiyini, lakin gözlənilməz problemin bütün planlarını dəyişdirdiyini bildirib.
Maktominey dünya çempionatından sonra yaşadığı məyusluğun karyerasındakı ən ağır anlardan biri olduğunu da etiraf edib. Futbolçunun sözlərinə görə, bu vəziyyətdən psixoloji olaraq çıxması iki həftə çəkib.
Qeyd edək ki, Maktominey bu mövsüm “Napoli”nin heyətində meydana qayıtsa da, İtaliya çempionatında ilk iki oyunundan sonra əməliyyat olunmağa qərar verib. Sentyabr ayında Mançesterdə ürək ritminin pozulmasının aradan qaldırılması üçün cərrahi müdaxilə keçirən futbolçu həmin ayı yaşıl meydanlardan kənarda qalıb.
-
MDB19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi







.webp)







.jpg)


.jpg)





.jpg)














