Rəsmi xronika
Zimbabve Prezidenti: Azərbaycanda şahidi olduğumuz inkişaf bizə güclü təsir bağışlayıb
Azərbaycanda şahidi olduğumuz inkişaf və infrastruktur səviyyəsi bizə çox güclü təsir bağışlayıb.
Bunu ölkəmizə işgüzar səfərə gələn Zimbabve Prezidenti Emmerson Mnanqaqva Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündə deyib.
E.Mnanqaqva qeyd edib: “Çox sağ olun Zati-aliləri. Buraya gəldiyimizdən bəri bizim çox səmimi qarşılandığımız üçün Sizə nümayəndə heyəti adından təşəkkürümü bildirmək istəyirəm. Sizin çox gözəl ölkəniz var. Biz ilk dəfədir ki, sizin ölkənizə səfər edirik. Azərbaycanda artıq şahidi olduğumuz inkişaf və infrastruktur səviyyəsi bizə çox güclü təsir bağışlayıb.
Bizim arzumuz iki ölkə arasında qarşılıqlı siyasi münasibətlərin qurulmasından ibarətdir. Lakin xüsusilə biz iki ölkə arasında iqtisadi əməkdaşlığı təşviq etmək, həmçinin əməkdaşlıq aparılacaq digər sahələri və ölkələrimiz arasında ticarətin aparılacağı sahələri tədqiq etmək istəyirik”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
