Rəsmi xronika
İlham Əliyev bu şəxslərlə bağlı sərəncam imzaladı
Prezident İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Publika.az xəbər verir ki, sərəncamla Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Əfqan oğlu Hüseynova II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.
Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib:
- Nağıyev Habil Sadıx oğlu – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsinin rəisi
- Xudiyev Anar Xudayar oğlu – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Təşkilat-nəzarət baş idarəsinin rəisi.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikasında miqrasiya sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında da sərəncam imzalayıb.
Publika.az xəbər verir ki, sərəncamla xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşları təltif ediliblər:
2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Nağıyev Vəli Nağı oğlu
“Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə
Abbaszadə Aygül Nadir qızı
Ağayev Ruslan Rafael oğlu
Əhmədova Zərnişan Ağa qızı
Əkbərov Anar Bəkir oğlu
Hüseynov Fizuli Təvəkkül oğlu
İsayev Nail Mehdiqulu oğlu
Məmmədov Elnur Nizami oğlu
Nuriyev Gəray Həsən oğlu
Sayılov Amil Xubyar oğlu
Seyidova Şəhanə Rizvan qızı.
Miqrasiya sahəsində uzunmüddətli fəaliyyətinə və vətəndaş cəmiyyəti institutları ilə dövlət qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsində xidmətlərinə görə Azər Kərim oğlu Allahverənov “Tərəqqi” medalı ilə təltif edilib.
-
Magazin219:12Yusuf Güney həbs edildi
-
ABŞ19:00ABŞ-da qəzaya uğrayan təyyarə PARTLADI - Ölənlər var
-
Yaxın Şərq16:33İranın Ali Rəhbəri haradadır? - Öldüyü deyilən Xamenei ilə bağlı RƏSMİ AÇIQLAMA
-
İdman16:27PSJ-nin ulduzu "Liverpul"la oyundan əvvəl şok xəbər alıb: Qardaşı sevgilisini... - FOTOLAR
-
Sosial16:17Bakıda faciəvi şəkildə ölən zabit olub
-
Nida Xəbər 15:52Prezidentin yüksək vəzifə verdiyi Əməşov kimdir? - FOTO
-
Region15:42Paşinyandan yeni Konstitusiya açıqlaması: Yalnız bir seçim var
-
Yaxın Şərq13:3240 günlük müharibə: İsrailin itkiləri açıqlandı – 7451 nəfər...







































