Rəsmi xronika
İlham Əliyev və birinci xanım Şuşada “Qarabağ” mehmanxanasında - FOTO
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva “Qarabağ” mehmanxanasında aparılacaq təmir-bərpa işləri ilə tanış olublar.
Publika.az xəbər verir ki, mehmanxana ötən əsrin 80-ci illərinin əvvəllərində inşa edilib. Bina baxımsızlıqdan tamamilə yararsız vəziyyətə düşüb. Burada görüləcək işlər nəticəsində mehmanxana müasir səviyyəyə çatdırılacaq və Şuşa şəhərinə səfər edəcək qonaqların rahatlığı üçün bütün şərait yaradılacaq.
Dövlət başçısına və birinci xanıma Şuşa şəhərində tarixi-dini abidələrin bərpası ilə bağlı görülən işlər haqqında məlumat verilib.
Prezident İlham Əliyev deyib: “Otelin otaqları belə olacaq. İşğal dövründə oteli də demək olar ki, dağıdıblar, burada cəmi bir mərtəbə işləyib. Pis vəziyyətdə idi, qısa müddət ərzində şourum kimi hazırlanıb. Otelin bütün otaqları bu stildə olacaq.
“Qarabağ” otelində gedən yenidənqurma işləri ilə tanış olduq. İşğal dövründə otel faktiki olaraq fəaliyyət göstərmirdi, cəmi bir, ya iki mərtəbə fəaliyyət göstərirdi. Bu otel də sovet dövründə Azərbaycanın büdcəsi hesabına tikilib və ona “Qarabağ” adı verilib. Sonra mənfur düşmən otelin adını dəyişdirib “Şuşi palace” qoyub. “Şuşi” adlı bir şəhər yoxdur, olmayıb və heç vaxt olmayacaq”.
-
Magazin219:12Yusuf Güney həbs edildi
-
ABŞ19:00ABŞ-da qəzaya uğrayan təyyarə PARTLADI - Ölənlər var
-
Yaxın Şərq16:33İranın Ali Rəhbəri haradadır? - Öldüyü deyilən Xamenei ilə bağlı RƏSMİ AÇIQLAMA
-
İdman16:27PSJ-nin ulduzu "Liverpul"la oyundan əvvəl şok xəbər alıb: Qardaşı sevgilisini... - FOTOLAR
-
Sosial16:17Bakıda faciəvi şəkildə ölən zabit olub
-
Nida Xəbər 15:52Prezidentin yüksək vəzifə verdiyi Əməşov kimdir? - FOTO
-
Region15:42Paşinyandan yeni Konstitusiya açıqlaması: Yalnız bir seçim var
-
Yaxın Şərq13:3240 günlük müharibə: İsrailin itkiləri açıqlandı – 7451 nəfər...







































