Rəsmi xronika
İlham Əliyev Cotari kilsəsində oldu - FOTO/YENİLƏNDİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva mayın 15-də Qəbələnin Nic qəsəbəsində 1 saylı orta məktəbdə və Müqəddəs Yelisey adına Cotari kilsəsində olublar.
Publika.az xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva əvvəlcə Nic qəsəbəsindəki 1 saylı orta məktəbə gəldilər.
Məlumat verildi ki, 1857-ci ildə inşa edilən bu məktəbdə hazırda 135 şagird təhsil alır.
Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Müqəddəs Yelisey adına Cotari kilsəsində oldular, burada şam yandırdılar.
Bildirildi ki, Nic qəsəbəsindəki bu kilsə də Heydər Əliyev Fondu tərəfindən 2006-cı ildə əsaslı bərpa olunaraq Alban-Udi Xristian dini icmasının istifadəsinə verilib. Müqəddəs Yelisey kilsəsi 1823-cü ildə tikilib.
Tolerantlığın kiçik modeli olan Nic qəsəbəsində hazırda 3 kilsə, 2 məscid var. Dünyadakı 10 minə yaxın udinin 4 minə yaxını Qəbələnin Nic qəsəbəsində yaşayır.
-Bu, bizim kilsənin, alban kilsələrinin simvoludur.
Prezident İlham Əliyev: O, xaçın təsviridir?
-Bəli, cənab Prezident, səkkizlik. Bizdə müqəddəs olan səkkiz dənə xaçdır, on iki dənə apostol səkkizlik. Biz bunu Tuğda da gördük.
Burada xatirə şəkilləri çəkdirildi.
-Çox sağ olun, Allah Sizi qorusun. Sizin dəstəyinizi hər yerdə görürük, bu bizim üçün çox xoşdur.
Prezident İlham Əliyev: Çox sağ olun, həmişə sizinlə birlikdə olacağam.
-Tez-tez gedəcəyik Qarabağ bölgəsinə. Biz də Allahın köməyi ilə bu mühiti saxlayacağıq.
Birinci xanım Mehriban Əliyeva: Sağ olun.
Leyla Əliyeva: Sağ olun.
Prezident İlham Əliyev: Sağ olun.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO





































