Rəsmi xronika
Türkiyənin artan gücü bizi də gücləndirir - Prezident
"Hesab edirəm ki, bu gün daha iki nümunə var. Bu da təvazökarlıqdan kənar olsa da, mənim qardaşımla (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nəzərdə tutulur) mən. Biz ölkələrimizi müstəqillik yolu ilə irəliyə aparırıq".
Publika.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “TEKNOFEST Azərbaycan” festivalında çıxışı zamanı deyib.
"Mən dəfələrlə demişəm ki, Türkiyənin artan gücü bizi də gücləndirir. Biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik. Türkiyənin uğurlu inkişafı ilk növbədə Prezident Ərdoğanın adı ilə bağlıdır. Mən də öz fəaliyyətimdə həmişə çalışmışam ki, Azərbaycan xalqının və dövlətinin milli maraqlarını müdafiə edim və Azərbaycanın müstəqil siyasətini təmin edim.
Bizim aramızdakı qardaşlıq bütün Türkiyə və Azərbaycan xalqına örnək olmalıdır. Bir daha əziz qardaşım Ərdoğanı və Türkiyədən gələn dostlarımıza, qardaşlarımıza, bacılarımıza bayram günündə bizimlə bərabər olduqlarına görə təşəkkürümü bildirmək istəyirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək. Yaşasın Türkiyə- Azərbaycan birliyi, qardaşlığı! Qarabağ Azərbaycandır!", - İlham Əliyev qeyd edib.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı















.jpg)





















.jpg)

.jpg)