Rəsmi xronika
MM-in spikerindən TBMM sədrinə təbrik məktubu
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin Zəfər Bayramı münasibətilə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentopa təbrik məktubu göndərib.
Publika.az-a Milli Məclisdən verilən məlumata görə, spiker Sahibə Qafarova 30 Avqust Zəfər Bayramının 100-cü ildönümü münasibətilə həmkarına, Türkiyə Böyük Millət Məclisinin üzvlərinə və qardaş Türkiyə xalqına təbriklərini ünvanlayıb.
Məktubda bu möhtəşəm zəfərin qardaş Türkiyə xalqının şanlı tarixinin ən parlaq səhifələrindən biri olduğu qeyd edilərək, Vətəninin istiqlaliyyəti uğrunda canlarını verən şəhidlərin əziz xatirəsi bir daha dərin hörmət və ehtiramla yad olunur.
Qardaş Türkiyənin bütün sahələrdə əldə etdiyi nailiyyətlərin, beynəlxalq aləmdə qazandığı nüfuz və rəğbətin vurğulandığı məktubda, həmçinin bildirilir ki, Azərbaycan -Türkiyə qardaşlıq və dostluq münasibətləri, çoxşaxəli əməkdaşlıq əlaqələri hazırda özünün ən yüksək zirvəsindədir. Ali qanunvericilik orqanlarımızın birgə fəaliyyəti bu münasibətlərin daha da gücləndirilməsinə töhfə verir.
Milli Məclisin sədri inandığını bildirib ki, birgə səylərimizlə parlamentlərarası əlaqələrimizin ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmləndirilməsinə və genişləndirilməsinə nail olacağıq.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
