Rəsmi xronika
Azərbaycanlı deputatlar Parisə gedir
Milli Məclisin deputatları sentyabrın 12-19-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) komitə iclaslarında iştirak edəcəklər.
Publika.az bildirir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumatda deyilir ki, AŞPA-nın Siyasi işlər və demokratiya komitəsinin sentyabrın 12-13, Monitorinq komitəsinin sentyabrın 14-15-də keçiriləcək iclaslarında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Asim Mollazadə iştirak edəcək. Siyasi işlər və demokratiya komitəsinin iclasında region ölkələrindəki mövcud vəziyyətin siyasi təsirləri, Avropa siyasi arxitekturasının təməl daşı kimi Avropa Şurasının rolunun möhkəmləndirilməsi və digər Avropa perspektivləri mövzularında məruzələrin dinlənilməsi, müzakirələrin aparılması, müvafiq qərarların qəbul edilməsi nəzərdə tutulub. Monitorinq komitəsinin iclasında bir sıra üzv ölkələr tərəfindən öhdəliklərin yerinə yetirilməsi və qurumun monitorinq prosedurları ilə bağlı məsələlərə baxılacaq. İclaslarda Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və Avropa Şurası Parlament Assambleyasının Monitorinq komitəsinin Albaniya üzrə həmməruzəçisi Asim Mollazadə müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaq, qeyd və təkliflərini bildirəcəklər.
Sentyabrın 16-da Parisdə keçiriləcək Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında isə deputat Könül Nurullayeva iştirak edəcək. İclasda Avropada islamofobiya və müsəlmanlara yönəlik irqi ayrı-seçkiliyə qarşı mübarizənin gücləndirilməsi, idman sahəsində qadınlara qarşı diskriminasiyaya son qoyulması, rəqəmsal texnologiyalara bərabər əlçatanlılığın yaradılması, gender bərabərsizliyi hallarının qarşısının alınması kimi aktual mövzular və digər məsələlər müzakirə ediləcək, müvafiq qərarlar qəbul ediləcək. Deputatımız tədbirdə müzakirə olunan məsələlərə öz münasibətini bildirəcək.
AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sentyabrın 18-19-da Afinada keçirilən iclasına isə Azərbaycan tərəfindən deputatlar Səməd Seyidov və Nigar Arpadarai qatılacaqlar. İclasın gündəliyinə miqrasiya və sığınacaqların verilməsi kontekstində Avropa həmrəyliyi, miqrantların və qaçqınların inteqrasiyası kimi mövzular müzakirə ediləcək, bəzi təşkilati işlərə baxılacaq. Qeyd edək ki, iclasda deputat Nigar Arpadarainin "İdman vasitəsilə miqrantların, qaçqınların və məcburi köçkünlərin sosial həyata inteqrasiyası" mövzusunda məruzə ilə çıxış etməsi gözlənilir. AŞPA-nın komitə iclaslarında həmçinin, əvvəlki iclasların protokolları təsdiqlənəcək, Avropa Şurasının 4-cü sammitinə və Demokratiya Uğrunda Dünya Forumuna və digər növbəti tədbirlərə hazırlıq işləri nəzərdən keçiriləcək.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
