Rəsmi xronika
Prezident “28 May”da aparılan abadlıq işləri ilə tanış oldu - YENİLƏNDİ / FOTO
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 1-də Bakı Dəmiryol Vağzalının və metronun “28 May” stansiyasının qarşısındakı ərazidə aparılan abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Publika.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlət başçısına paytaxtda Puşkin küçəsinin Azadlıq prospekti ilə birləşməsindən Dilarə Əliyeva küçəsi ilə kəsişməsinədək olan hissəsində - Bakı Dəmiryol Vağzalı və metronun “28 May” stansiyasının qarşısındakı ərazidə görülmüş işlər barədə məlumat verib.
Bildirilib ki, ümumi sahəsi 3,5 hektar olan ərazidə minik avtomobillərinin hərəkəti ləğv edilərək, müasir tələblərə cavab verən avtobus, piyada və velosiped zolaqları yaradılıb. Köhnə döşəmə örtükləri ləğv edilərək, qranit bordürlər düzülüb və təqribən 22 min kvadratmetr qranit döşəmə örtüyü salınıb.
Ərazidə ümumi sahəsi təqribən 2300 kvadratmetr olan yaşıllıq yaradılıb, İtaliyadan gətirilmiş 200-dən çox ağac, 15 mindən çox kol əkilib, işıqlandırma işləri aparılıb, müasir oturacaqlar, həmçinin müasir tikinti norma və qaydalarına cavab verən 2 fəvvarə, 2 dayanacaq inşa edilib, elektrik avtobusları üçün 4 enerjidoldurma məntəqəsi quraşdırılıb.

















xxx
Azərbaycan Prezidenti İlham Əliyev Bakı Dəmiryol Vağzalının və metronun “28 May” stansiyasının qarşısında aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Publika.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
-
Nida Xəbər 12:59Əli Əsədov qərar imzaladı
-
İdman10:40AFFA milliyə əcnəbi məşqçi gətirir: Ayxan Abbasov əl-ayağa düşüb
-
Dünya10:08ABŞ Almaniyadan çəkilir, Rusiyadan reaksiya gəldi: “Qara ləkə”
-
Nida Xəbər 09:56Azərbaycanda maaş sistemində mühüm yenilik...
-
Dünya09:50Nazirin həyat yoldaşı Çin paltarı geyindi, ara qarışdı: "Temu"da su qiymətinədir - FOTO
-
ABŞ08:49ABŞ səfirliklərinə görün hansı göstəriş verildi
-
Ekologiya08:24Azərbaycanda yaz fəsli olmayacaq? - Hazır olun, hava kəskin dəyişir
-
Sosial07:55Heyvan bazarlarında sərt qaydalar tətbiq ediləcək - Video















.webp)



.jpg)
.webp)

.png)
















