Rəsmi xronika
İlham Əliyev Türk Dövlətləri Təşkilatının Budapeşt zirvəsində iştirak edəcək
İlham Əliyev Türk Dövlətləri Təşkilatının Budapeşt zirvəsində iştirak edəcək
Publika.az xəbər verir ki, bu barədə Türk Dövlətlər Təşkilatının katibliyindən məlumat verilib.
Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının qeyri-rəsmi zirvəsi Macarıstanın paytaxtı Budapeşt şəhərində 20-21 mayda keçiriləcək. "Şərq və Qərbin görüş nöqtəsi” adlanan zirvədə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan dövlət başçıları iştirak edəcək. Təşkilatın müşahidəçi üzvləri olan Şimali Kipr Türk Respublikası və Türkmənistan da zirvəyə qatılacaq.
Qeyri-rəsmi zirvə dövlət başçılarına prioritet sahələrdə əməkdaşlığı inkişaf etdirmək, regional və qlobal miqyasda ümumi məsələləri həll etmək üçün mühüm imkan yaradacaq.
Zirvədə təşkilatın ümumi strategiyasını və dünyaya baxışını ifadə edən Budapeşt bəyannaməsinin qəbul ediləcəyi gözlənilir.
Qeyd edək ki, Macarıstan 2018-ci ildən bu yana Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvüdür. İlk dəfədir ki, təşkilatın zirvə görüşü müşahidəçi statusunda olan ölkədə keçirilir.

-
ABŞ04:44Ovçu qadını maralla səhv salaraq öldürdü
-
Yaxın Şərq03:13Husilərin hücumları fonunda neft kəskin bahalaşdı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO




































