Rəsmi xronika
Zelenski İlham Əliyevə təşəkkür etdi - VİDEO
Ukrayna Prezidenti Volodimir Zelenski Dublində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü ilə bağlı sosial media hesablarında paylaşım edib.
Publika.az xəbər verir ki, Ukrayna lideri ölkəsinə humanitar yardım göstərdiyinə görə Azərbaycana təşəkkürünü bildirib.
“Dublin şəhərində keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində fəaliyyətə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən başladım. Ölkələrimiz arasında münasibətlər inkişaf edir və əməkdaşlığın prioritet istiqamətlərini müzakirə etdik. İlk növbədə, “Drone Deal” (Pilotsuz uçuş aparatları sahəsində saziş) məsələsinə toxunduq. Artıq imzalanmış müqavilələr var və sifarişlərin həcmini artırmaq üçün çalışırıq.
Həmçinin Azərbaycan biznesinin Ukraynada təmsil olunmasını müzakirə etdik. Şirkətlərin Ukraynada qalmasını və xalqımız üçün fəaliyyətlərini davam etdirməsini yüksək qiymətləndiririk. Onlar bunu çox vaxt Rusiyanın xain hücumlarına baxmayaraq edirlər.
Ukraynadakı vəziyyəti, Rusiyanın fasiləsiz hücumları nəticəsində enerji və nəqliyyat sistemində yaranan çətinlikləri ətraflı müzakirə etdik. İndiyədək göstərilən yardıma görə təşəkkür etdim.
Qış mövsümü ərəfəsində Azərbaycanın Ukraynanın kritik infrastrukturu və logistikasına dəstək göstərmək üçün yenidən imkan tapacağı təqdirdə minnətdar olarıq. Bu məsələ ilə bağlı komandalarımıza müvafiq iş aparmağı tapşırdıq”, - Volodimir Zelenski vurğulayıb.
-
Rəsmi xronika16:41İlham Əliyev Maya Sandu ilə görüşdü - FOTO
-
Nida Xəbər 15:53Teymur Musayevə yeni vəzifə verildi
-
Rəsmi xronika15:13İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşdü
-
MDB14:08Korrupsiya qalmaqalı böyüyür: Pəncərədən 8 çamadan dolları küçəyə atan kimdir? - VİDEO
-
Sosial13:58Dublində "Avropa Siyasi Birliyi"nin sammiti BAŞLAYIR
-
İqtisadi gündəm12:18Bakıda 8 bina sökülür, sakinlərə nə qədər kompensasiya ödəniləcək? - VİDEO
-
Nida Xəbər 11:27General qızından şikayətçi olanın kimliyi bilindi
-
Dünya10:24Putinin nümayəndəsi Trampın elçilərini milli komandanın formasında qarşıladı - FOTO





































