Sağlamlıq
Dünyanı qorxuya salan dəhşətli xəstəlik barədə SON XƏBƏR
Ümumdünya Səhiyyə Təşkilatı Qvineyada ebolanın epidemiya halı almadığını bildirir. Təşkilatın məqsədi virusun yayılması ilə bağlı panikanı azaltmaqdır.
Publika.Az "Amerikanın səsi"nə istinadən xəbər verir ki, ÜST
sözçüsü Qreqori Hartl Sərhədsiz Həkimlər təşkilatının virusun
yayılması halını presidentsiz adlandırmasını rədd edib.
O, bundan əvvəl Uqanda və Demokratik Konqo respublikasında
yoluxma hallarının daha yüksək olduğunu bildirib. Sözçü bildirib
ki, 2000-2001-ci illərdə Uqandada virusa yoluxan 400 adam qeydə
alınmışdı. Təşkilat bu ölkədə qeydə alının 122 xəstədən 80-nin
öldüyünü deyir.
Qvineyanın paytaxtı Konakridə 4 xəstə olduğunu bildrən Hartl böyük
şəhərlərdə bu göstəricinin qeyri-adi olmadığını deyib.ÜST
xəstəliyin qonşu ölkələrə yayılmadığını bildirib. Sierra Leonedə
xəstə olduqlarından şübhələnilən insanların tətlilləri təmiz
çıxıb.
Seneqal Qvineya ilə sərhədlərini bağlayıb. Lakin buna baxmayaraq,
ÜST səyahətlərin məhdudlaşdırılmasını tövsiyə etmir.
ÜST ebola xəstəliyini ən keçici virus xəstəliyi adlandırır. Virus
tər, qan, tüpürcək yolu ilə yayılır.Virusun qarşısını almaq üçün
heç bir vaksin mövcud deyil. Xəstəliyin simptomları qızdırma, baş
ağrısı, qusma və izhaldır. Bəzi insanlarda göz, qulaq və burun
qanaxmaları müşahidə edilir.
Son dəfə bu virusun yayılması 2012-ci ildə qeydə alınıb. Uqanda və
Konqoda 57 adam ölüb. 2007-ci ildə Konqoda virus 187 adamın
həyatına son qoyub.
Aydəmir
-
Magazin205:45Serenay Sarıkayanın 425 minlik kürkü
-
Magazin101:41Monika Belluççi qala gecəsinə elə köynəkdə qatıldı ki... - FOTO
-
Sosial01:11Yarım milyon manatı mənimsəməkdə ittiham olunan çobanın valideynlərindən AÇIQLAMA - VİDEO
-
Elm və təhsil00:45Azərbaycanın ən gənc rektoru - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Yeni ideya gəlir mənbəyinə çevrilə bilər
-
MDB15 Yanvar 23:48Kadırovun oğlunun yüksək vəzifəyə təyinatı TƏSDİQLƏDİ
-
Sosial15 Yanvar 23:00Avtomobildə boğularaq ölən əmi və qardaşı oğlunun FOTOSU
-
Avto15 Yanvar 22:24Bu avtomobillər hər an alışa bilər - Ekspertdən AÇIQLAMA





































