Sağlamlıq
Ayaq masajının intim həyata İNANMAYACAĞINIZ TƏSİRİ - MÖCÜZƏVİ 10 FAYDA
Uzun və yorucu günün ardından edilən ayaq masajı bədəni rahatlaşdırır və gərginliyi yox edir.
Publika.az xəbər verir ki, ayaq masajı bir çox xəstəliyə müalicəvi təsir göstərir. Bu yazıda oxucuları ayaq masajının inanılmaz faydaları ilə tanış edirik:
Təzyiqi aşağı salır

Yüksək təzyiq ürək xəstəliklərinin aparıcı səbəbidir. Qan təzyiqini aşağı salmaq üçün həyat tərzində müəyyən dəyişikliklər etmək və dərman müalicəsi lazımdır, Ancaq araşdırmalar göstərib ki, pəncə masajı xəstəliyin müalicəsinə müsbət təsir edir.
Menstruasiya və klimaks ağrılarını yaxşılaşdırır

Gündəlik ayaq massajı menstruasiya öncəsi yaşanan sindrom və gərginliyə, yuxusuzluq, baş ağrıları və ruhi dəyişikliklər də daxil olmaqla klimaks simptomlarını yüngülləşdirir. Masaj nöqtəsi pəncənin iç hissəsində yerləşir.
Xərçəng simptomlarını və kimyəvi terapiyanın əks təsirlərini azaldır

Miçiqan Dövlət Universitetinin alimlərinin apardığı tədqiqatda məlum olub ki, pəncəni ovxalamaq xərçəng xəstələrinin yalnız ağrı və ürək bulanmasını deyil, eyni zamanda təngənəfəslik simptomlarını yüngülləşdirir.
Dağınıq skleroz əlamətləri

Dağınıq sklerozdan əziyyət çəkən insanlar cüt görmə, əzələ zəifliyi, hissiyyat pozğunluğu, koordinasiya kimi müxtəlif problemlərlə qarşılaşa bilərlər. Bu xəstələrə həssaslığı və sidik simptomlarını yüngülləşdirən ayaq refleks masajı tətbiq olunur.
Hamilə qadınlarda ödəm və şişkinliyi azaldır

Hamilə qadınlarda ayaqların və topuqların şişməsi kimi tanınan ödəm şiddətli ağrıya səbəb olur. Ümumiyyətlə, bu hal son illərdə hamilə qadınlar arasında olduqca geniş yayılıb. Həkimlər hamilə qadınlara hər gün 10-20 dəqiqə masaj etməyi tövsiyə edir.
Ayaq masajının hamilələrə digər faydaları

Ayaq masajı doğuş zamanı və doğuşdan sonra hamilə qadınların sağalma müddətinin tezləşdirilməsi baxımından faydalıdır. Tibbi araşdırmalar refleksoloji masajların qadının orqanizminin daha sürətli yaxşılaşmasına yardımçı olduğunu göstərib.
Yuxunu nizama salır

Möhkəm yuxuya hər kəsin ehtiyacı var. İsti duş buna nail olmaq üçün əlverişli yoldur. Eyni zamanda pəncə masajı da şirin yuxuya getməyə kömək edir.
Daha yaxşı seks həyatı

Ayaq masajı gərginliyi aradan qaldırıb bütün bədəni rahatlaşdırır. Bu, sadəcə rahatlatlaşmaq üçün deyil, həmçinin intim həyata da müsbət təsir edən qəribə üsuldur. Pəncənin ortasındakı sinir ucları müvazinəti və cinsi gücü yaxşılaşdırır.
Baş ağrısını azaldır

Ayaq masajı baş ağrısından xilas olmağın da təsirli yoludur. Bel, boyun arxasında ağrı hiss edirsinizsə, ayağınızdakı müxtəlif nöqtələrə masaj edərək bu ağrılardan xilas ola bilərsiniz.
Sinusit ağrılarına təsiri
Hər ayaq barmağındakı oynaq nöqtələrini möhkəm sıxın və masaj edin.
Çiyin və boyun gərginliyini azaldan masaj
Ayaqların hər tərəfini yüngülcə masaj edin. Sonra baş barmağınız ilə işarə barmağı arasındakı hissəni dairəvi hərəkətlə masaj edin. Bundan başqa, kiçik ayaq barmağının altındakı nahiyəni də masaj edin. Böyük ayaq barmağınızı içindəki hissəni bir neçə dəfə sıxın və sərbəst buraxın.
Gicgahda ağrı varsa, böyük ayaq barmağınızın içini bir neçə dəfə sıxın və sərbəst buraxın.
Ayaq masajı onurğa ağrısını da aradan qaldırır

Hər iki ayağınızın içi onurğa ilə eyniləşdirilə bilir. Ayağınızdakı nöqtəni masaj etməklə onurğa ağrısından xilas olmaq mümkündür. Nöqtəyə güclü təzyiq göstərib dairəvi hərəkətlərlə təxminən 30-45 dəqiqə masaj edin.
Bonus

Kökü uzaq şərqə uzanan refleksloji bədəndəki gərginliyi alan, nevroloji xəstəliklərin müalicəsinə müsbət təsir göstərən və ayaqlardakı müəyyən nöqtələrə tətbiq olunan masaj növüdür. Masajın təsirləri elmi baxımdan açıqlanmasa da, faydalı olduğunu sübut edən bir çox araşdırmalar var.
Ayaq refleksoloji masajlarının digər əhəmiyyətlərinə baxaq:
Ağciyər nöqtəsi: Hər iki ayağınız olmaqla bu nöqtəni yüngülcə basın. Bu, qan dövranını sürətləndirəcək və ağciyərlərinizdə toplanan qazı təmizləyəcək.
Ürək nöqtəsi: Bu nöqtə sol ayaqda kiçik ayaq barmaqlarının altında olur. İnfarkta səbəb olan stressi azaltmaq üçün yumşaq dairəvi hərəkətlərlə bu nöqtəni ovxalayın. Bu nöqtəyə masaj bədəndəki qan dövranını və ürəyin fəaliyyətini normaya salır.
Boyun nöqtəsi: Bu nöqtə hər ayaq barmağının ilk və ikinci oynağı arasında yerləşir. Boyun ağrısından xilas olmaq üçün həmin hissəyə sıxmaq və azad etmə masajını tətbiq edin.
Aytən
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ
-
MDB4 Noyabr 23:00Məşhur teleaparıcı 77 yaşında vəfat etdi - FOTO





































