Sağlamlıq
Orucluqda insan bədənində hansı proseslər baş verir? - Bilmədiyiniz 11 MÜDHİŞ MƏQAM
Elmi araşdırmalar nəticəsində sübut olunub ki, Ramazan ayının ən mühüm ibadəti sayılan oruc orqanizm üçün çox faydalıdır. Birincisi, həzm problemlərini aradan qaldırır, ikinci isə psixoloji cəhətdən müsbət təsirə malikdir.
Publika.az bu yazıda oxucuları orucun səhhətimizə təsiri ilə tanış edir:
Arıqladır
Oruc sağlam şəkildə arıqlamağa kömək edir və bu fakt elmi olaraq sübut olunub. Oruc zamanı orqanizmdə toplanmış yağlar yandırılmağa başlanır. Günümüzdə idmançılar da arıqlamaq üçün müntəzəm şəkildə oruc tutur.
İnsulin
Araşdırmalar göstərir ki, oruc insulin səviyyəsinə müsbət təsir göstərir. İndiyə qədər aparılan elmi tədqiqatlarda məlum olub ki, oruc Ramazan ayından sonra da qanda şəkər səviyyəsinin tarazlaşmasına nəzarət edir.
Metabolizm
Oruc metabolizmin sürətlənməsinə yardım edir, həzm sisteminin dincəlməsini təmin edərək, kaloriləri daha sağlam yolla yandırır.
Həzm sistemi pozulan şəxslərdə oruc qidaların enerjiyə çevrilməsi və yağ yandırılması prosesinə müsbət təsir göstərir.
Müntəzəm şəkildə oruc tutmaq metabolizm sağlamlığına faydalı olduğu kimi bağırsaqların da funksiyasını yaxşılaşdırır.
Ömrü uzadır
Az yemək ömrü uzadır. Aparılan elmi araşdırmalar bəzi mədəniyyətlərdə rast gəlinən pəhrizlərin və orucun ömrü uzatdığını irəli sürüb.
Həyatı qısaldan ən mühüm amillərdən biri də metabolizmin yavaş işləməsidir. Yuxarıda qeyd etdiyimiz kimi, orucluq metabolizmi sürətləndirərək ömrü uzadır, bununla yanaşı həzm sistemini normaya salır.
Aclığa dözüm
Oruc aclığa müqavimət göstərmə gücünü artırır. Pəhriz saxlayanda, çoxumuz qaydaları pozuruq, xüsusilə stressli zamanlarda bu vəziyyət daha da kəskinləşir.
Oruc 30 gün ərzində davam etdiyi üçün aclığa müqavimət göstərmə gücü qazandırmağa yardım edir. Nəticə etibarı ilə Ramazan ayından sonra aclığa dözümlü oluruq.
Oruc tutmaq aclıq təcrübəsi qazandıraraq orqanizmdə hormonların daha sağlam işləməsinə kömək edir. Elmi araşdırmalarda məlum olub ki, oruc köklükdən əziyyət çəkən insanlarda yemək istəyi siqnallarını bərpa edir.
Məhz oruc hormonların düzgün fəaliyyət göstərməsini və aclıq dözümünü artıraraq həm metabolizmin sürətlənməsini, həm də həzm sistemi sağlamlığının qorunmasını, həm də daha sürətli arıqlamağı təmin edir.
Yemə vərdişini inkişaf etdirir
Oruc yemək vərdişlərini inkişaf etdirir. Yemək vərdişi başda həzm sistemi olmaqla, ümumi sağlamlıq baxımından olduqca əhəmiyyətlidir. Beləliklə, oruc həddən artıq yemək istəyini aradan qaldıraraq, köklük və kökəlmə probleminin aradan qalxmasını təmin edir.
Zehni funksiyaları artırır
Elmi tədqiqatlar orucun zehni funksiyaları artırdığını irəli sürüb. Oruc beyində yeni kök hüceyrələrin yaranmasını dəstəkləyir və kimyəvi maddələrin ifraz olunmasını təmin edir. Oruc parkinson və alzheimer kimi zehni xəstəliklərə qarşı qoruyucu rol oynayır.
İmmunitet sistemini möhkəmləndirir
Oruc immunitet sistemini də möhkəmləndirir. Sərbəst radikalların səbəb olduğu zərərlərin aradan qaldırılmasını təmin edir, iltihabı azaldır və xərçəng hüceyrələrinin yayılma sürətini ləngidir.
Elmi tədqiqatlara görə, heyvanlar təbiətdə xəstə olanda yeməyi azaldır və dincəlir. Beləliklə, oruc prosesində bədən sağlamlığına mənfi istiqamətdə təsir edən infeksiyalar azalır.
Oruc immun sistemini bədəni bir çox xəstəlikdən qorunmağa yardımçı olduğu kimi, bəzi xəstəliklərin müalicəsinin sürətlənməsinə yardım edir və bədən üzərindəki nəzarət sisteminin artırır.
Dərini təmizləyir
Oruc ümumi sağlamlıq baxımından olduqca faydalı olduğu kimi, orqanizmin ümumi təmizliyi üçün də ciddi əhəmiyyətə malikdir.
Həzm sisteminin təmizlənməsi bilvasitə olaraq bütün orqanların təmizlənməsini təmin edir. Bədən ac qalaraq qaraciyər və böyrəklərdə toksinləri xaric edir və beləcə dərinin təmizlənməsində də rol oynayır.
Ruhi şəfası
Psixologiya sahəsində 21-ci əsrin ən görkəmli həkimləri arasında göstərilən Otto Buçinger orucun əməliyyatsız, ən önəmli bioloji müalicə üsulu olduğunu bildirib.
İnsan cismani və ruhi varlıqdır. Fiziki xəstəliklərin müalicəsi üçün həkimlər başda yoqa olmaqla, bir çox idman növü və meditasiya üsullarını təklif edir. Amma bunlardan ən təsirlisi orucdur. Elmi baxımdan sübut olunub ki, oruc tutan adam həm ruhən, həm də fiziki baxımdan sakitdir.
Psixoloji təsirləri
Oruc çətin şərtlərdə bədənin müqavimətini artırır.
Oruc hər səhər Allahla bir növ müqavilə bağlamaq deməkdir. Orucun şərtlərinə əsasən, şəxs günün müəyyən saatlarına qədər heç bir qida qəbul edə, dilinə pis sözlər gətirə bilməz, habelə digər vacib qaydalara əməl etməlidir.
İftar isə ruhən zirvənin yaşandığı andır, çünki verilən söz tutulur və mükafat olaraq müqavilə şərtlərinə əməl etmiş şəxsin mənəviyyatı zənginləşir. Bu səbəbdən ruh xoşbəxtdir.
Gözəlliyi və sevinci demək olar ki, hamı paylaşır, amma çətinliyi hər kəs yaşamaq istəmir. Oruc cəmiyyəti aclıqla sınağa çəkərək müdhiş birlik yaradır və cəmiyyətin bağlarını gücləndirir.
Oruc eyni zamanda pis, incidən, dağıdıcı çıxışlardan, sözlərdən və söyüşlərdən də uzaq durmağı tələb edir.
Digər ruhi müalicələrdən fərqli olaraq oruc insanın zehninin pis əməllərdən təmizlənməsini qarşısına məqsəd qoyur.
Aytən
-
Magazin103:35
O mahnıları məndən istəsələr də, oxumaram - Üzeyir Mehdizadə
-
İdman02:43
Kim deyir ki, Messi məndən yaxşıdır? – Ronaldo bu sualı verdi və... - VİDEO
-
Qoroskop01:10
Günün qoroskopu: gözlənilməz hadisələr baş verəcək
-
Hadisə00:35
Azərbaycanda nazirlik əməkdaşı intihar etdi
-
Nida Xəbər 00:15
Mehriban Əliyevadan Prezidentin doğum günü ilə bağlı PAYLAŞIM
-
Kriminal23 Dekabr 23:05
Azərbaycanda əxlaqsızlığı təbliğ edən tiktokerlər saxlanıldı - Foto
-
Magazin223 Dekabr 22:15
Haluk Levent xəstəxanalıq oldu
-
Hadisə23 Dekabr 22:07
Bakıda uçqun oldu - Ölən var