Sağlamlıq
Bir çox xəstəliyi müalicə edən MASAJ
İnsan orqanizmində 12 cüt kəllə-beyin mərkəzləri var, onlardan 5-i ağız boşluğunda yerləşir. Bu nöqtələrin masajı sağlamlığa çox müsbət təsir göstərir.
Publika.az xəbər verir ki, isti dəsmalla masaj limfalarda qan dövranını yaxşılaşdırır, bioloji aktiv nöqtələri stimullaşdırır, dişlərin ağız və selikli qişanın vəziyyətinə müsbət təsir göstərir. Bu növ masaj tənəffüs, eşitmə problemləri və yaddaş pozulmasına qarşı çox faydalıdır, çeynəmə və udma zamanı yaranan ağrını, həmçinin xorultunu aradan qaldırır, nitqin yaxşılaşmasına, qlaukoma, katarakta və göz təzyiqinə kömək edir. Bundan başqa, masaj dərinin vəziyyətinə müsbət təsir edir, əzələləri rahatlaşdırır.

Balaca bir dəsmalı büküb isti duzlu suya (1 stəkan suya 1 çay qaşığı duz) batırın. Dəsmalı sıxıb masaja başlayın. Bunun üçün dəsmalı kənardan tutub çənənin altına qoyun, sonra əlinizlə onu kəskin şəkildə müxtəlif tərəflərə çəkin. Bu zaman dəsmal buxağa dəyməlidir. Təxminən 100 dəfə etmək lazımdır. Zərbələrin buxağın yan səthlərinə dəyməsinə diqqət edin. Zərbələrin gücünə gəldikdə isə elə tənzimləyin ki, həm çox zəif, həm də çox güclü olmasın.
Masajı yerinə yetirən zaman diqqət edin ki, o, isti olsun. Əgər soyuyubsa, yenidən isti suya salın.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi















.jpg)



















.jpg)

.jpg)