Sağlamlıq
Məşhur professordan şəkər və ürək xəstələrinə ŞAD XƏBƏR: "Uşaq başı boyda..." - - FOTO
Türkiyənin məşhur daxili xəstəliklər üzrə mütəxəssisi və kardioloq Canan Karatay ürək-damar xsətəliklərinin qarşısını almaq vəı sağlam bir ürəyə sahib olmaq üçün tövsiyələr verib.
Publika.az xəbər verir ki, professor ürəyi qoruyan qidaların başında zeytunun olduğunu və istənilən qədər yeyilə biləcəyini deyib.

Karatay, həmçinin bildirib ki, yarımfabrikat və paketlənməmiş qidalar da ürəyə xeyirdir: “Təbii kənd yağı, az bişmiş yumurta yeyin. Təbii zeytun yağından istifadə edin və bol su için. Bütün bunlar ürək infarktının qarşısını alır. Yumurta diabet xəstəliyinə qarşı da mübarizə aparır. Ürək infarktının əsas səbəbləri artıq çəki və diabet xəstəliyidir”.
Professor qeyd edib ki, hazırda meyvələrin tərkibində fruktoza çoxdur: “Həddən artıq fruktoza qara ciyəri yağlandırır, insulinin balansını pozur. Sağlam olmaq üçün ancaq meyvə yesəniz, diabetdən də, xərçəngdən də qurtula bilməzsiniz. Meyvələr uzun müddət yaxşı qalsın və eyni boyda olsun deyə gübrələnir. Bu gübrələr təhlükəlidir. Meyvələrin ölçüsü də böyüyüb. Uşaq başı boyda alma və ya heyva olmaz”.

Karatayın sözlərinə görə, bu nüanslara artıq çəkidən qurtulmaq üçün yox, ürək-damar xəstəlikləri və iflicdən uzaq qala bilmək üçün diqqət etmək lazımdır: “Təbii ev qatığı və sirkəni rasionunuza əlavə edin. Yumurtanı az bişirmək lazımdır. Çünki çox bişirilən və yanan qidalarda kanserogen maddələr, trans yağlar əmələ gəlir. Yumurta da daha çox bişəndə onun sarısının ətrafında boz və ya yaşıl qat yaranır. Bu trans yağdır. O isə artıq yumurta deyil, protein tozudur. Lakin yumurtanı bol yemək lazımdır. Toxluq hissi yaradır və immun sistemini qüvvətləndirir. Xolestrol səviyyəsini aşağı salır və dibaet riskini azaldır”.

Zümrüd
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib
-
Qoroskop01:40Günün ulduz falı: emosional qərarlar verməkdən çəkinin
-
Hadisə00:27Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - Yeniləndi
-
Nəqliyyat10 Avqust 21:39Sabahdan Bakıda bu yollar bağlanacaq
-
Region10 Avqust 20:36Xamenei fərman imzaladı: İranda hərbi rəhbərlikdə yeni təyinatlar
-
Hadisə10 Avqust 19:5017 yaşlı Gülnaz qardaşını xilas edərkən boğulubmuş - Foto
-
Kriminal10 Avqust 19:10Azərbaycanda "WhatsApp" istifadəçiləri belə aldadılır - DTX xaricdən idarə olunan şəbəkə barədə xəbərdarlıq etdi


















.jpg)


















