Sağlamlıq
Gündə bir yumurta sarısı yesəniz... - İNANILMAZ NƏTİCƏ
Tiroid (qalxanabənzər vəzi) xəstəliyinin əsas simptomları əsəbilik və depresiyadır.
Publika.az xəbər verir ki, yumurta sarısı yemək tiroid vəzinin finksiyasını yaxşılaşdırmağın ən asan yollarından birdir.
Bu orqanın əhəmiyyəti qiymətsizdir: qalxanabəznər vəzi əsəb sistemi və psixikanın vəziyyətinə, ürək-damar sistemi, həzm yolu, reproduktiv və sümük-əzələ sisteminə görə cavab verir. Əgər qalxanabənzər vəzi sıradan çıxarsa, sağlamlıqda ciddi problemləri başlanar. Bu xəstəlikdən adətən 40 yaşdan yuxarı qadınlar əziyyət çəkir.
Qalxanabənzər vəzin iki əsas hormonu: triyodtironin (T3) və tiroksin (T4), tirozindən və yoddan ibarətdir. T3 bioloji aktiv hormondur, T4 isə T3-ə çevrilməyənə qədər qeyri-aktiv olaraq qalır.
Tiroid vəzi normal kalsium səviyyəsini saxlayan, mineral mübadiləsini aktivləşdirən, sümük toxumasının bütövlüyünü qoruyan və onların bərpasını sürətləndirən başqa bir hormon - kalsitonin ifraz edir. Qanda bu hormonun konsentrasiyası icazə verilən dəyərdən daha yüksəkdirsə, bu, qalxanvarı vəzi, ağciyər, prostat, döş, anemiya və hiperplaziya onkologiyasını göstərir.
Tiroid xəstəliyinin erkən simptomları demək olar ki, yoxdur. Odur ki, ilk mərhələdə diaqnostika mümkün deyildir. Bu baxımdan optimal pəhriz seçmək və tiroid vəzi sağlamlığını əvvəlcədən nəzərə almaq vacibdir.
Tiroid vəzi üçün yumurta sarısının faydaları
Vücudumuzdakı hər hansı bir orqan kimi, tiroid vəzinin düzgün işləməsi üçün mütəmadi olaraq faydalı məhsullarla bəslənmək lazımdır. Yumurta sarısı tiroid üçün ən əhəmiyyətli üç qida mənbəyidir.
Tirozin
Bu, protein qidalarından sovrulur və başqa bir amin turşusu – fenilalanindən orqanizmdə ifraz olunur. Tirozin - yaxşı əhval-ruhiyyənin formuludur, narahatlıq və qorxuları aradan qaldırır, stresslə mübarizə aparır. İki toyuq yumurtasına 0,5 q tirozin və 0,7 q fenilalanin daxildir.
Yod
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, yod çatışmazlığı uşaqlarda beyin inkişafının pozulmasının əsas səbəblərindən biridir. Tiroid vəzi hormon ifraz edə bilməsi üçün hər birimiz həyatımız boyunca kifayət qədər yod almalıyıq. Bir yumurtanın sarısı bədəni 12 mq yodla təmin edir, bu, gündəlik 150 mq olan normanın 8%-ni təşkil edir.
Selen
Qalxanabənzər vəzindən ayırılan hormonların 90 %-i T4-dən ibarətdir, hansı ki, sonradan aktiv T3 hormonuna çevrilir. Bu, selen fermentləri sayəsində baş verir. Bununla belə selen T3 hormonunu həm aktivləşdirə, həm də yenidən T4-ə çevriə bilər. Odur ki, selen qalxanabənzər vəzinin hormonları tənzimlənməsi üçün çox əhəmiyyətlidir. Bir toyuq yumurtası orqanizmi 16 mq selenlə təmin edir, bu da birgünlük normanın 29 % təşkil edir.
Stress tiroid vəzini çox çalışdırır. Toyuq yumurtası ilə müalicə xəstəliklərin aradan qaldırılması üçün qeyri-adi, lakin effektiv bir yoldur.
Həmçinin bu orqanın digər vəzlər və biyokimyəvi proseslərlə kompleks bir əlaqədə olduğunu düşünün. Sistemin hər hansı bir hissəsində balansın pozulması bütün sistemə təsir edə bilər. Odur ki, müalicə konkret səbəbə uyğunlaşdırılmış olmalıdır.
Əgər qalxanabənzər vəzi yaxşı işləmirsə, yodun və ya başqa qidalı maddələrin qəbulu heç bir kömək etməyə, hətta problemi ağırlaşdıra bilər. Düzgün diaqnozu almaq üçün endokrinoloqla danışın.
Aytən Məftun
-
Əmlak00:45Azkvadratlı mənzillərə tələbat ARTIB: Səbəb nədir? - Video
-
Qoroskop00:00"Toyda bunu etmək tərbiyəsizlikdir"
-
Dünya26 Mart 23:24İran Cənubi Koreyada “zibil torbaları” ilə bağlı qalmaqala səbəb oldu
-
İdman26 Mart 23:00Türkiyə millisindən DÇ pley-off-unda ilk qələbə
-
Magazin126 Mart 22:48Nüşabə Ələsgərli onlara mesaj göndərdi - “Özlərini “böyük xanəndə” adlandırmasınlar”
-
Sosial26 Mart 22:12Təhlükəli trend: Ölülər "dirildilir", görüntüləri satılır - - VİDEO
-
Sosial26 Mart 21:48Leyla Əliyeva yeni şeirini təqdim etdi - VİDEO
-
İdman26 Mart 21:12FIFA yeni qaydaları TƏSDİQLƏDİ - Dünya Kubokunda futbolçuları nələr gözləyir?





























.jpg)







