Sağlamlıq
Bu xəstəlik gizli inkişaf edir və təsadüfən ortaya çıxır - Qadınlar diqqətli olmalıdır
Səbəbsiz artıq çəki qazanmaq, daim yorğun hiss etmək, dəri quruluğu, aqresiv ruh halı, unutqanlıq kimi simptomlardan əziyyət çəkirsinizsə, Haşimato xəstəliyiniz ola bilər.
Publika.az xəbər verir ki, qadınlar arasında tez-tez rast gəlinən bu xəstəlik tiroid hormonlarının səviyyəsinə görə dəyişə bilir.
Haşimato tiroidi hormon əksikliyi səbəbilə yaranır. Bu xəstəlik tiroid vəzlərinin immun xəstəliyi də adlanır. Xəstəliyin yaranma səbəbi dəqiq olaraq bilinmir. Lakin proses belə baş verir: immun sistemi bakteriya, virus, göbələk və parazit kimi zərərvericiləri tiroid vəzlərinə istiqamətləndirir. Beləliklə, onları yox etməyə çalışır.

Xəstəliyin yaranmasının ilk dövrlərində tərləmə, ürəkdöyünmə, istilik, əsəbilik, yuxusuzluq kimi simptomları olur. Yavaş-yavaş işləyərkən isə ödəm, dəri quruluğu, qəbzlik, yuxululuq, unutqanlıq kimi nəticələr doğurur. Buna rəğmən, xəstəlik gizli şəkildə inkişaf edər. Analizlərdən sonra təsadüfən ortaya çıxar.
Haşimato tiroidi xəstəliyi şəkərli diabet qədər geniş yayılıb. Bu xəstəlik qadınlarda və yod çatışmazlığı olan insanlarda daha tez yaranır, habelə hər yaşda ortaya çıxa bilər.
Mütəxəssislər tövsiyə edir ki, sağlam qidalanma ilə xəstəliyin irəliləməsinin qarşısını almaq olar. Qluten, taxıl, yumurta, soya, süd məhsulları, paxlalı bitkilərdən uzaq durmaq lazımdır. Kələm, brokolye, gül kələmdən az miqdarda istifadə etməkdə fayda var. Həftədə 1-2 pors çuğundur yeyilə bilər. Sümük suyu və jelatinlə zəngin olan qoyun kəllə-paça suyu içilməlidir. Yeməklərə zəncəfil əlavə etməkdə fayda var. Böyürtkən, quşüzümü, moruq yemək məsləhətdir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
