Sağlamlıq
Bardaş qurub oturmağın MÖCÜZƏVİ FAYDASI
Nənə və babaları ucqar kəndlərdə yaşayanlar yaxşı bilir ki, onlar yerdə bardaş qurub oturmağı çox sevir, hətta yeməyini yerə sərilmiş süfrə arxasında yeməyə üstünlük verirlər. Sən demə, nənə-babalar səbəbsiz olaraq yerdə oturmur. Məlum olub ki, bardaş qurub yerdə oturmaq bir çox cəhətdən faydalıdır.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bir çox tibb, həmçinin peşəkar yoqa mütəxəssisləri bardaş qurub yerdə oturmağı dəstəkləyir. Onlar iddia edir ki, o, həyat keyfiyyətini və səhhətimizi yaxşılaşdırır.
Bardaş səhhətimizə necə təsir edir?
Yoqlar heç olmasa evdə yerdə bardaş qurub oturmağı tövsiyə edir. Televizora baxarkən, kitab oxuyarkən və digər əl işləri ilə məşğul olarkən bardaş vəziyyətini almaq yaxşıdır. Bardaşa öyrəşənə qədər kürəyinizi divara söykəyə bilərsiniz. Əgər kürək əzələləri ağrıyırsa, mütəmadi olaraq özünüzə rahatlamağa icazə verə bilərsiniz, amma sonra yenidən eyni vəziyyəti almaq lazımdır.
Bu yolla siz əzələləri möhkəmləndirəcək və çanaq-bud oynaqlarını stimullaşdıracaqsınız. Bu poza həm də pelvik orqanların vəziyyətini yaxşılaşdırmağa kömək edir.
Ümumiyyətlə, sirr deyil ki, yoqa meditasiyaları kürək və onurğa sütunu üçün çox faydalıdır. Bununla sadəcə yoqa məşqçiləri deyil, həmçinin neyrocərrahlar və ortopedlər də həmfikirdir.
Əlbəttə ki, hər bir insana fərdi yanaşma lazımdır. Lakin müəyyən bir xəstəliyin yoqa yardımı ilə müalicə edilməsinə gəldikdə, yoqa pozalarını özbaşına yerinə yetirmək olmaz, mütləq şəkildə həkim müayinəsindən keçmək lazım olacaq.
Yox, əgər profilaktikadan söhbət gedirsə, hər kəsin yerinə yetirə biləcəyi bir neçə məşq mövcuddur. Məsələn, kəpənək pozası ən yaxşı variantlardan biridir. O, heç bir əlavə səy tələb etmir, eyni zamanda ümumi orqanizmə çox müsbət təsir göstərir.
Həmçinin yoqlar arasında Vadcrasana adı ilə məşhur olan yoqa pozasını sınamaq olar. Bu pozada qalmaq rahat və asan olmalıdır. Əgər gərginlik hiss edirsinizsə, deməli, hələ bir müddət döşəmədə ayaqlarını çarpazlayıb oturmağı öyrənmək lazımdır.
Məşqi yerinə yetirdikdən sonra pəncə, daban və ayaq biləklərini masaj etmək tövsiyə edilir, daha sonra seçilmiş pozaya qayıtmaq lazımdır. Ümumilikdə belə gimnastika 10 dəqiqədən çox vaxt aparmayacaq. Amma daimi məşqlər nəticəsində sağlamlığınıza böyük yatırım edəcəksiniz.
Aytən Məftun
-
Ekologiya14:00
Sabahla bağlı əhaliyə XƏBƏRDARLIQ
-
Elm və təhsil13:37
Azərbaycanda fəlsəfə doktoru vəfat etdi - FOTO
-
MDB13:26
Kaş qolu yox, boynu qırılardı... - Medvedev təəssüfləndi
-
Magazin213:05
Milyarderin xanımı transparan geyimi ilə diqqət çəkdi - FOTO
-
Ekologiya12:32
Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ
-
Kriminal11:19
Paytaxtda QANLI GECƏ: ailə üzvləri yaşadıqları evdə bıçaqlandılar - YENİLƏNDİ
-
Dünya11:05
İran bu ölkə ilə sərhədi BAĞLADI
-
İKT08:36
"Telegram"dan möhtəşəm YENİLİK: onu sata da bilərsiniz