Sağlamlıq
Qadınlarda bir çox xəstəliyi müalicə edən SADƏ HƏRƏKƏT - FOTO
Sidik qaçırma problemi bir çox qadının həyatını kabusa çevirən xəstəlikdir. Hər 100 qadından 30-da sidik qaçırma problemi var. Türkiyəli məşhur ginekoloq Taner Usta kegel məşqinin sidik qaçırma probleminin müalicəsində effektiv nəticələr verdiyini bildirib.
Qadınlarda sidikqaçırmanın əsas səbəbləri hamiləlik və doğuşlar, menopauza (klimaks) dövrü, sidik yollarının xronik xəstəlikləri və infeksiyalaşması, uşaqlıq yolu və digər ətraf orqanlarda aparılmış cərrahi əməliyyatlar, xronik qəbizlik, artıq çəki, uşaqlığın sallanması (prolapsus uteri), sidik kisəsinin (sistosele) və bağırsağın sallanması (rektosele) və sairə ola bilər. Daha çox menopauza (klimaks) və doğuş travmaları olan qadınlarda rast gəlinir. Əsasən yaşlı qadınlarda rast gəlinən problem əzələlər tonusdan düşdüyü zaman üzə çıxır.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəxəssis sidikqaçırma probleminin həllində məşqlərin xüsusi rolu olduğunu, uşaqlıq və sidik kisəsi sallanmasının qarşısını aldığını vurğulayıb.
Pelvik əzələləri cinsi orqanları, bağırsaqları və sidik kisəsini dəstəkləyir. Bu nahiyədə yerləşən əzələlər zamanla öz vəzifəsini yerinə yetirə bilmir və zəifləməyə başlayır. Əzələlərin gücünü itirməməsi və vəzifəsini yerinə yetirməyə davam etməsi üçün kegel məşqi olduqca faydalıdır. Bu məşq genital bölgədə olan əzələləri gücləndirir və nəticədə sidikqaçırma probleminin qarşısını alır. Məşqlərlə həyat səviyyəsini xeyli artırmaq olar.

Bunun üçün pelvik əzələləri müntəzəm fasilələrlə sıxın və boşaldın. Əzələləri 5 saniyəlik periodlarla hər gün 10 dəfə olmaqla gündə 3 dəfə təkrar edin. Bir müddət sonra məşq sayını artırın.
Kegel məşqlərini edərkən pelvik əzələlərinə təzyiq edən hərəkətlərdən və vəziyyətlərdən uzaqlaşmaq lazımdır. Qəbizlik pelvik əzələlərin zəifləməsinə səbəb olur, aerobika məşqləri, hamiləlik, stress, köklük, sidikqovucu vasitələr və dərmanlar bu əzələlərin güc itirməsinə səbəb ola bilər. Odur ki, əzələləri gücləndirmək üçün həyat tərzinizi də qaydaya salmaq önəmlidir.
-
Hadisə22:3212 yaşlı şagird özünü məktəb binasından atıb? - Rəsmi açıqlama
-
Dünya21:3929 ölkə İrana qarşı birləşdi - Birgə bəyanat
-
MDB17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO















.jpg)



















