Sağlamlıq
Məşhur həkim uzunömürlülüyün SİRRİNİ AÇDI: “Sutkada 11500 litr hava uduruq, odur ki…”
“İnsan gündə cəmi 3-5 dəfə yemək yeyir. Sutkada maksimum 2-3 litr maye qəbul edir. Amma dəqiqədə 16 dəfə nəfəs alır... Yəni hər dəfə orta hesabla ağciyərlərimizə 500 ml hava daxil olur. Dəqiqədə 8 litr. Sutkada 11500 litr hava uduruq. Odur ki, nəfəs aldığımız havanın təmizliyi sağlamlığın qorunması üçün hətta sudan və qidadan daha üstündür”.

Publika.az xəbər verir ki, bu sözləri tanınmış anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. O, bildirib ki, insan havası təmiz olan rayonların birində olanda heç yorulmur:
“Bunu dərk edən insanlar tüstüdən, radiasiyadan uzaq yerdə - perifeyiyada yaşamağa üstünlük verirlər. Ekoloji təmiz su içirsə, sağlam qidalanırsa, əlbəttə ki, bəhrəsini görəcək. Deyə bilərsiniz ki, hava və suyu anladıq. Bəs qidalanma? Hərə bir pəhriz məsləhət görür. Arıqlamaq üçün olan pəhrizləri sağlam qidalanma hesab etməyin. Dünyada hazırda Araqlıq dənizi pəhrizi ən gözəl qidalanma sayılır. Çünki Monte-Karloda, Monakoda orta ömür müddəti hətta Yaponiyanı belə üstələyir. Onlar uzunömürlülüyə görə dünyada birinci yerdədilər”.
Daha sonra həkim Aralıq dənizi pəhrizinin əsas müddəalarını belə sıralayıb:

Bol meyvə-tərəvəz;
Toxumlar, qoz-fındıq və s;
Protein ehtiyacını paxlalardan və dəniz məhsullardan – balıq və s təmin edin;
Orta miqdarda ağartı məhsulları;
Qırmızı ətdən imtina;
İçkilərdən isə orta miqdarda yalnız qırmızı çaxır.
-
Magazin111 Oktyabr 22:48Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - Video
-
Art11 Oktyabr 20:46“Bu mahnılar artıq Azərbaycana məxsus deyil” – Rəşid Behbudovun kürəkəni
-
Dünya11 Oktyabr 20:18Nazirlərə təhdidlər göndərən şəxs saxlanıldı
-
Dünya11 Oktyabr 19:13Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı
-
Nida Xəbər 11 Oktyabr 17:33Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəldi
-
Hadisə11 Oktyabr 16:09Əməkdar jurnalist vəfat etdi - Foto
-
Avropa11 Oktyabr 15:31Britaniyadan Zelenskiyə açıq dəstək - Nazir Trampın sirrini yaydı
-
Avropa11 Oktyabr 15:04Papanın ağciyərində düyün aşkarlandı - Əməliyyat olunacaq
















.jpg)


.jpg)















.jpg)

