Sağlamlıq
Məşhur həkimi toyuq dönərinə görə məhkəməyə verdilər
Türkiyənin daxili xəstəliklər üzrə mütəxəssisi Canan Karatay məhkəməyə verilib.
Publika.az xəbər verir ki, Bütün Restoranlar və Turizmçilər Dərnəyi (TÜRES), kardioloqu “qiymətlərə təsir etmə” maddəsi ilə şikayət edib.
Səbəb olaraq “əvvəldən toyuq dönərinə qarşıyam. Satılan yerlərin qarşısından keçəndə belə ürəyim bulanır” sözləri göstərilib.
TÜRES-in baş meneceri Ramazan Bingöl, Karatayı ümumiləşdirmə apardığına görə tənqid edib: “Bu məhsullarda bir şey varsa, bu nazirliklər, dövlət qurumları nə işə yarayır? O zaman bunları bağlayaq. Sadəcə Canan Karatay və onun kimilərini dinləyək. İqtisadiyyata verdiyi zərər inanılmaz həcmdədir”.
Bingöl bildirib ki, statistika Karatayın dönər haqqında açıqlamasından sonra satışların 30% azaldığını göstərir: “Türkiyədə insan sağlamlığına zərərli bütün qidalarla TÜRES mübarizə aparır. Amma artıq ölkədə iş o yerə çatıb ki, insanların bir bəyanatı ilə iqtisadiyyatın təməl daşı olan milyonlarla insanın çörək yediyi sektora təsir edilir. Bu, eyni zamanda Türkiyə iqtisadiyyatına da öz təsirini göstərir”.
Zümrüd
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi















.jpg)



















.jpg)

.jpg)