Sağlamlıq
Quranda adı keçən bu meyvə xərçəngi yox edir
Narın sonsuz faydalarından xəbərdarsınızmı? Xərçəng və bir sıra xəstəlikləri kökündən məhv edən meyvənin suyu özündən də şəfalıdır.
Publika.az xəbər verir ki, adı “Qurani- Kərim”də keçdiyi üçün xalq arasında ona "Cənnət meyvəsi” deyirlər. Narı gündəlik istifadə etdikdə yorğunluğu aradan qaldırır, bədənə güc verir. Həmçinin xolesterin və şəkəri tənzimləyən meyvə, xərçəng hüceyrələrinin inkişafına mane olaraq, ürək sağlamlığının qorunmasına da yardım edir.
Nar həmçinin qış aylarının ən sevimli meyvələrindən biridir. Tumlarından dənəsinə, qabığından suyuna qədər bir çox xəstəliyə şəfa olan meyvə, bədəni xəstəliklərə qarşı qalxan kimi qoruyur. Narı soymaq nə qədər əziyyətli olsa da, orqanizmə olan xeyirləri bu zəhmətə dəyər.
Narın qida dəyəri
Nar ləzzətli və faydalı meyvə olmasıyla bərabər qida dəyəri baxımından da zəngindir. Tərkibində kalium və dəmir mineralı ilə C vitamini var. Nar, B1, B2 vitaminləri ilə yanaşı, kalsium və fosfor mineralı da ehtiva edir.
Özündə zəngin kalium ehtiva edən bir stəkan nar suyu gündəlik ehtiyacımız olan C vitamininin 25%-ni qarşılayır.
Odur ki, mövsümdən istifadə edib bol nar suyu içməyiniz tövsiyə olunur. Gün ərzində qəbul etdiyiniz bir stəkan şirə immun sisteminizi gücləndirəcək.
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Sosial1 Noyabr 23:36Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı


































.jpg)

.jpg)