Sağlamlıq
İsrail və Almaniyanın peyvənd strategiyası haqqında BÜTÜN HƏQİQƏTLƏR
Türkiyəli professor Canan Karatayın peyvəndlə bağlı açıqlamaları ciddi müzakirələrə yol açıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur kardioloq qonaq olduğu verilişdə bəzi ölkələrdə dini baxımdan heç bir peyvəndin vurulmadığını söyləyib. O, iddia edib ki, İsrail bu ölkələrdən biridir.
Sosial şəbəkələrdə geniş müzakirələrə yol açan iddiaların həqiqət olub-olmaması hər kəs üçün maraqlıdır. Lakin Canan Karatayın irəli sürdüyü fikirlərdə yanlışlıq olduğu üzə çıxıb. Məsələ ondadır ki, bütün dünyada olduğu kimi, İsraildə də peyvənd əleyhinə qruplar var. Bunlardan ən əhəmiyyətlisi Ultra-ortodoks yəhudilərdir (Haredilər).
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına görə, İsrail qızılca xəstəliyinə qarşı peyvənd dərəcələri siyahısında Macarıstan, Lüksemburq və Portuqaliyadan sonra 4-cü yerdədir. Peyvənd dərəcəsi də demək olar ki, 100 faizdir.
İsrail Səhiyyə Nazirliyinin rəsmi veb səhifəsində də vaksinlərin yoluxucu xəstəliklərin qarşısının alınmasında və bu xəstəliklərlə əlaqəli ölüm göstəricilərinə nəzarətin çox ciddi olduğu bildirilir. 2019-cu ildə Ümumdünya Səhiyyə Təşkilatı İsraildə bir çox xəstəliklərə qarşı peyvəndlərin 90 faizdən çox olduğunu açıqlayıb.
Burada peyvəndlər bir çox ölkələrdə olduğu kimi, dövlət tərəfindən pulsuz tətbiq olunur. Onların adları və tərkibi haqqında məlumatlar da veb saytda mövcuddur. Bu peyvəndlər ailə sağlamlıq mərkəzlərində müxtəlif vaxtlarda tətbiq olunur. İsrail vətəndaşlarına qrip və sətəlcəmə qarşı vaksinlərin vurulduğu bildirilir.
Peyvəndlər silah güclü və ya zəhər effektli ola bilərmi?
İstanbul Aydın Universitetinin müəllimi Ramazan Kurtoğlu və tədqiqatçı-yazıçı İsmail Tokalak da bu yaxınlarda peyvəndlərlə bağlı müsbət fikirlər səsləndirməmişdi. Ekspertlər iddia etmişdi ki, Almaniyada yalnız bir peyvənd hazırlanır və vurulan peyvəndlər silah gücünə malik ola bilər. Bəs bu iddialar həqiqəti əks etdirirmi?
Almaniyada da mütəmadi şəkildə tətbiq olunan peyvənd cədvəli var. Bu təqvim Almaniya Səhiyyə Nazirliyinin rəsmi saytında mövcuddur. Bundan əlavə, ötən ilin noyabrında Almaniyanın Səhiyyə naziri Yens Şpanın qızılca peyvəndinə dair qanun layihəsi parlament tərəfindən təsdiqlənib. 2020-ci ilin martında qüvvəyə minəcək qanuna əsasən, məktəbəqədər və ibtidai sinif şagirdlərinə qızılca peyvəndi vurdurmaq məcburidir. Buna əhəmiyyət verməyən qurumlar cəzalandırılacaq. Qanunu pozan ailələr isə 2500 avroya qədər cərimələnəcək.
Peyvəndin tərkibindəki civəyə gəldikdə timosozal və ya tiomersal, yəni kimyəvi tərkibli natrium etil-civə tiosalisilatın çəkisinin 49,6 faizini civə təşkil edir. 1930-cu illərdən bəri vaksinlərdə az miqdarda qoruyucu maddə kimi istifadə olunur.
Bu mövzuda danışan Hacettepe Universitetinin professoru Atəş Kara dünyadakı bir çox həmkarı kimi bildirib ki, peyvəndlərdə az miqdarda civənin zəhərli olduğunu göstərən məlumat yoxdur. Və etil civənin təxminən bir həftə içərisində bədəndən tamamilə çıxdığını izah edib.
Aytən Məftun
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





