Sağlamlıq
Tanınmaz hala düşən məşhurun PƏHRİZ SİRRİ
2019-cu ilin aprelində ərindən boşandıqdan sonra müğənni Adel həyatını kəskin şəkildə dəyişdirmək qərarına gəlib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, müğənni dəyişikliyə çəkisindən başlayıb. “Sirtfood” pəhriz sayəsində o, demək olar ki, 22 kq arıqlayıb. Bir neçə ay ərzində rekord göstəricilərə nail olan ulduzun çəki itirmək sahəsində qələbə sirlərini öyrənməyə dəyər.
Müğənni uğurları barədə danışmır, ancaq şəxsi məşqçisi Kamila Qudis pəhrizin reseptini paylaşıb. Məlum olub ki, ulduz həftədə üç dəfə, bir saat olmaqla pilates və kardiola ilə fəal məşğul olmağa başlayıb. Qudisə görə müvəffəqiyyətin 90% -i düzgün qidalanma ilə təmin edilir.
2008-ci il
Fəst-fud, şəkər və qazlı içkilər Adelin pəhrizindən çıxarılıb. Bundan əlavə, müğənni “Sirtfood” pəhrizinə əməl edir. Bəs bu pəhriz özündə nələri ehtiva edir?
“Sirtfood”un adı sirtoins - sirtuin sözündən qaynaqlanır. Bunlara əsasən bitki əsaslı qidalarda olan, maddələr mübadiləsi və hüceyrə proseslərində birbaşa iştirak edən zülallar (məsələn, DNT zəncirlərinin bərpası) deyilir. Sirtuinlər yağların yandırılması ilə əlaqəli olan genləri aktivləşdirir. Genetik araşdırmalara artan marağı nəzərə alaraq, uyğun pəhrizlərin ortaya çıxması təəccüblü deyil!
2009-cu il
“Sirfoods” siyahısına aşağıdakılar daxildir:
Majul çeşidinin kral xurmaları;
Göyərti;
Qəhvə (məqbul miqdarda);
Yaşıl çay;
Limon suyu;
Keyl salatı;
Rokkola (əkin indausu);
Kərəviz;
Cəfəri;
Yaşıl alma;
Soya paxlası;
Çiyələk;
85% tünd şokolad;
Sarıkök;
Fıstıq;
Toyuğun döş əti;
Yağsız mal əti;
Zeytun yağı;
Qırmızı şərab (az miqdarda).
2011-ci il
Qlen Metten və Eydan Qoqqins tərəfindən hazırlanan pəhrizin ikinci xüsusiyyəti resveratrol ilə zəngin qidaların istifadəsidir. Bu maddə qarağat, xurma, fıstıqda olur və tədqiqatçıların fikrincə, arıqlamaq, eyni zamanda iştahanı azaltmaq üçün lazım olan gen proseslərini aktivləşdirir.
Pəhrizdə qəhvə və şəraba icazə verildiyi üçün arıqlamaq, bütün sevdiyiniz yeməklərdən imtina etmədən çəki atmaq daha xoşdur.
Birinci mərhələ bir həftə davam edir:
Üç gün - gündə 1000 kaloridən artıq yemək olmaz. Üç yaşıl smuzi (keyl, sarıkök, cəfəri, kərəviz, yaşıl alma, limon suyu, yaşıl çay) və gündə bir dəfə doyumlu yemək;
dörd gün - 1500 kkal. İki smuzi və iki dəfə yemək.
İkinci mərhələ iki həftədir:
Birinci mərhələdə əldə olunan uğurların sağlamlaşdırılması. Gündə bir smuzi və üç dəfə yemək.
Üç həftədən sonra pəhrizin yaradıcıları adi rasiona keçməyi təklif edir, mümkün qədər çox miqdarda sirtuin olan məhsullar əlavə edirlər. Bundan əlavə, məşq tövsiyə olunur (həftədə beş dəfə yarım saat), lakin “Sirtfood” pəhrizində idman ikinci əhəmiyyətə malikdir.
2012-ci il
Pəhriz necə təsir edir?
Adelin nümunəsindən göründüyü kimi, şübhəsiz ki, ciddi təsiri var. Pəhrizdə şəkər, ağ un və sağlam olmayan qidaların qadağan olunmasını nəzərə alsaq, arıqlamağa təsir etməməsi qəribə olardı. Bundan başqa pəhrizin effekti ilk gündə özünü göstərməyə başlayır. Onun müəllifləri deyirlər ki, üç həftədə 8 kq-a qədər arıqlaya bilərsiniz, ilk 7 gündə isə 3,5 kq.
2017-ci il
Əks təsirlər nədən ibarətdir?
Arıqlayan insanları maraqlandıran əsas sual budur - yeni çəkini stabil saxlamaq mümkün olacaqmı? “Sirtfood” pəhrizinin müəllifləri üç həftədən sonra sirtuinlər üzərində qidalanma ilə bağlı ətraflı tövsiyələr vermir. Deyirlər ki, onlardan çoxunu yeyin. Yaxşı səslənir, amma 21 gün məhdudiyyətlərdən sonra asanlıqla yeməyə başlaya bilərsiniz.
Hər kəs üçün ortaq olan 1000 kalori nə qədər kərəviz və cəfəri yeməyinizdən asılı olmayaraq sizi ac qalmağa məcbur edəcək. Yaşıl bitkilərə qarşı laqeydsinizsə, ilk mərhələdə xüsusilə çətin olacaq.
Zülalların məhdudlaşdırılması (toyuq və mal əti) əzələlərin zəifləməsinə və metabolizmin yavaşlamasına səbəb ola bilər. Bu da sağlamlığınız üçün heç də yaxşı deyil!
2019-cu il
Digər bir xəbərdarlıq - sirtuinlər sahəsində tədqiqatlar çox əvvəl başlamayıb və heç kim bu zülalların çəki və maddələr mübadiləsinə təsir etdiyinə zəmanət verə bilməz. Üstəlik, çəki yalnız kalori sayına və yeməyin həzm sürətinə bağlı deyil.
Bütün hallarda Adelin uğuru şübhəsiz ki, heyranedicidir. Ancaq seçdiyi “Sirtfood” pəhrizi hamı üçün uyğun deyil.
2020-ci il
Aytən Məftun
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI