Sağlamlıq
Yüksək təzyiqdən xilas olmaq üçün 7 ƏLA VASİTƏ
Yüksək təzyiq insan sağlamlığına çox mənfi təsir edir, həyatını qısaldır. Bu səbəbdən hipertoniyadan əziyyət çəkənlər üçün təzyiqi normada saxlamaq çox vacibdir. Bu işdə xüsusi dərman preparatları, pəhriz və fiziki aktivlik əsas rol oynayır. Elmi araşdırmalar göstərir ki, bəzi qida məhsulları təzyiqi aşağı salmağa yardım edə bilir.
Publika.az Rusiya KİV-lərinə istinadən sizə bu məhsulları təqdim edir:
Püstə
”Hipertoniya” jurnalında dərc olunmuş elmi araşdırmanın nəticələrinə görə, hər gün 1 ovuc püstə yemək arterial təzyiqi salmağa kömək edir.
Kətan toxumu
Qidalı liflərlə zəngin olan kətan toxumu təzyiqi salır. Mütəxəssislər kətan toxumunu hər gün salatlara, sıyıqlara əlavə etməyi tövsiyə edirlər.
Nar şirəsi
Bu ən güclü təzyiqi salan təbii vasitədir.
Sarımsaq
Sarımsağın tərkibində olan “allisin” adlı maddə təzyiqi salmağa yardım edir. Mütəxəssislər sarımsağı çiy halda yeməyi tövsiyə edirlər. Yedikdən əvvəl sarımsağı xırda doğrayın və ya sarımsağ əzənlə sıxın. Bu zaman sarımsaqda olan faydalı maddələrin miqdarı artır.
Hibiskus çayı
Mind Body Green nəşri yazır ki, hibiskus çayı xalq təbabətində təzyiqi salmaq üçün istifadə olunur. Bu çay həmçinin qan dövranını yaxşılaşdırır və ürək-damar xəstəliklərinin riskini azaldır. Hibiskus xalq arasında daah çox “Məkkə gülü” kimi tanınır.
Çuğundur şirəsi
Ürəyin normal fəaliyyəti üçün ən vacib 2 maddə - kalium və maqneziumdan əlavə çuğundur şirəsinin tərkibində nitratlar da var. Bu maddələr damarları genişləndirir və təzyiqi salır. Mütəxəssislər hipertoniyadan əziyyət çəkənlərə hər gün çuğundur şirəsini içməyi tövsiyə edirlər. Qida mütəxəssisləri çuğundur şirəsini yarıbayarı su və ya kök şirəsi ilə qarışdırmağı məsləhət görürlər.
Somon balığı ("losos")
Circulation nəşrində dərc olunmuş araşdırma göstərib ki, omeqa-3 yağlı turşularla zəngin olan somon ürəyin sağlamlığını qoruyur və təzyiqi aşağı salır.
-
Sosial15:44Dövlət bu şəxslərə min manat pul verəcək - RƏSMİ
-
Rəsmi xronika14:39Naxçıvanda dabaq xəstəliyindən azad zona yaradılacaq
-
Rəsmi xronika12:37İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik etdi
-
Köşə11:54Onun qolları yoxdur, yoxsa sənin vicdanın?
-
Hadisə11:51Minaya düşən ANAMA əməkdaşının ayağında amputasiya əməliyyatı aparılır - YENİLƏNDİ
-
Rəsmi xronika11:10Prezident fərman imzaladı
-
Avropa11:00Avropanın bu ölkəsində hər bir miqranta 37 min dollar verilir, əgər...
-
Dünya10:12Trampı Ankarada təyyarədən qaçıran avtomobilin sahibi bu türk imiş
































.png)





