Sağlamlıq
ÜST rəsmisindən ölkələrə CİDDİ XƏBƏRDARLIQ
Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri bütün dövlətlərin hökumətlərini pandemiya səbəbilə elan edilən karantin tədbirlərinin dəqiq müddətini təyin etməyə çağırıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu gün təşkilatın Baş direktoru Tedros Adanom Qebreyesus videokonfrans rejimində baş tutan Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda çıxış edib.
“Hakimiyyət əhali ilə şəffaf davranmalı, infeksiyanın yayılmasının qarşısını almaq üçün görülən tədbirlər və bu tədbirlərin müddəti barədə insanlara daim məlumat verməlidir. Hökumətlərin bu böhran aradan qaldırıldıqdan sonra əhalini təcili tədbirlərin ləğv ediləcəyinə və həyatın normal vəziyyətə qayıdacağına inandırması çox vacibdir”, - deyə ÜST rəsmisi çıxışında qeyd edib.
Qebreyesus bir çox ölkədə pandemiya səbəbi ilə sərt məhdudiyyətlərin tətbiq olunduğunu, sərhədlərin, yolların, təhsil müəssisələrinin bağlandığını, hətta fövqəladə vəziyyət tətbiq olunduğunu diqqətə çatdırıb:
“Bütün bunlar koronavirusun yayılmasını azaltmaqla əhalini qorumaq üçün edilir. Ancaq hazırkı çətin şəraitdə belə vətəndaşların hüquqları barədə unutmaq olmaz. Qəti tədbirlər həyata keçirərkən insanların hüquq və ləyaqətinə hörmət edilməli olduğunu unutmamalıyıq”, - mütəxəssis vurğulayıb.
Ümumdünya Səhiyyə Təşkilatı hazırda müxtəlif ölkələrdə hökumətlərin infeksiyaya qarşı mübarizədə istifadə etdiyi qanunverici tədbirlərin icmalını hazırlayır. Baş direktor əlavə edib ki, bu sahədəki qanunları nəzərdən keçirmək üçün dünyanın aparıcı mütəxəssisləri ilə işləyirlər:
“COVID-19 cəmiyyətimizi məhv edir, lakin bu pandemiya təməlimizi sarsıda bilməz”.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
